Kəskin bronxit və bronxiolit
Tatli.Biz

Kəskin bronxit və bronxiolit


Hər gün yeni maraqlı məlumatlar əlavə olunur

Kəskin bronxit və bronxiolit

Kəskin bronxit və bronxiolit
Kəskin bronxit bronxların selikli qişasının kəskin diffuz iltihabıdır. Xəstəlik bəzən bronxun divarının digər qişaları ilə eyni vaxtda zədələnə bilir. Hətta bəzən ağciyər toxuması prosesə qoşulmadan bronx divarının total zədələnməsi də qeyd olunur. Diametri 2 mm-dən kiçik olan tənffüs yolunun zədələnməsi bronxiolit adlanır ki, buna da ən çox azyaşlı uşaqlarda rast gəlinir.
Broxitin əmələ gəlmə səbəbinə görə müxtəlif növləri var:
- kəskin infeksion bronxit
- irinli bronxit
- irinli-nekrotik bronxit
- proksimal kəskin bronxit
- distal kəskin bronxit
- kəskin bronxiolit.
Bronxitin kəskin gedişi 2-3 həftə, uzun gedişə malik olduqda isə 1 aydan artıq sürür.
Xəstəliyi ən çox qrip, paraqrip virusları, adenoviruslar, rinoviruslar törədir. Xəstəliyin əlamətləri meydana çıxdıqdan sonra bakterial infeksiyanın da qoşulması mümkündür.
Kəskin bronxit güclü qıcıqlandırıcı və hərbi kimyəvi maddələrin, soyuq və isti havanın təsirindən də inkişaf edə bilər. Bu zaman xəstəliyin əmələ gəlməsində infeksiya ikinci plana salınır.
Bronxit enən xarakter daşıyır. Belə ki, infeksiya tənəffüs yollarından bronxlara enir və inkişaf edir.
Xəstəlik quru öskürəklə başlayır və sonra bəlğəmli öskürəklə əvəz olunur. Bəlğəm selikli-irinli olur. Öskürək döş sümüyünün arxasında sızıldayıcı ağrı ilə müşayət edilir. Xəstəlik irəlilədikdə qızdırma baş verir.
Xəstəliyə diaqnoz qoymaq üçün həkimin obyektiv müayinəsi və rentgenoloji müayinənin nəticələri əsas götürülür.
Müalicə məqsədilə xəstəyə çoxlu qaynar maye içirdilir (moruq mürəbbəli, limonlu çay, isidilmiş qələvi mineral sular), öskürək və virus əleyhinə dərmanlar, bəlğəmgətiricilər tətbiq edilir.

Dostlarınla Paylaş

Kəskin bronxit və bronxiolit - Maraqlı məlumatı oxu


Kəskin bronxit və bronxiolit, maraqlı, məlumatlar, info, sağlamlıq, mətbəx, qadın dünyası, şirniyyatlar, oxu, reseptlər, xeberler, sağlam ol, xanımlar, sağlam qida, ailə, uşaq, gözəllik, moda, azerbaycan, android, axtar, yeni, Kəskin bronxit və bronxiolit, yukle

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri

Hamilelik ve analıq, Hamiləliyə hazırlıq, Hamiləlik təqvimi, Doğum hekayələri, Doğumdan sonra, Korpə və ona qulluq, Uşaqlar və tərbiyə, Valideynlərə məsləhət, Ana və uşağın ev məktəbi, Metbex, Salatlar və qəlyanaltılar, Duru yeməklər, Quru yeməklər, Duzlu xəmir işləri, Şirin xəmir işləri, Tortlar, Pecenyelər, Kompot, kokteyl, dondurma, Konservləşdirilmiş məhsullar, Uşaq yeməkləri, Şef master, Muxtəlif, Heyat terzi, Səyahət, Hobbi, Evim - İnteryer, Edəbi guşə, Adət-ənənələr, Praktiki məsləhətlər, Mutləq bilməlisiniz, Avtomobil, Yuxuyozmalar, Ordan-burdan, Muxtəlif

Saytda 114 nəfər
Tatli.Biz
xml | xml2 | html | ror | wiki
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2021