Kondisioner sərinlik yoxsa təhlükə mənbəyi? – Həkimdən vacib xəbərdarlıq


Hər gün yeni maraqlı məlumatlar əlavə olunur

Kondisioner sərinlik yoxsa təhlükə mənbəyi? – Həkimdən vacib xəbərdarlıq

Kondisioner sərinlik yoxsa təhlükə mənbəyi? – Həkimdən vacib xəbərdarlıq
Yayın istisində kondisionerlər sərinlik bəxş etsə də, onların düzgün istifadə olunmaması sağlamlıq üçün risklər yarada bilər.
Tatli.Biz xəbər verir ki,  bu barədə rusiyalı həkim Olqa Ulankina açıqlama bildirib.
Həkim qeyd edib ki, kondisionerlər otaq havasındakı rütubəti azaldaraq göz quruluğu, baş ağrısı və tənəffüs yollarında problemlərə səbəb ola bilər. Quru hava xüsusilə astma, bronxit və sinusit kimi xroniki xəstəlikləri olanlar üçün təhlükəlidir. 
Ulankina, həmçinin kondisioner sistemlərinin vaxtında təmizlənmədikdə filtrlərində bakteriya və kif göbələklərinin toplandığını, bunun da allergiya və tənəffüs problemlərinə yol aça biləcəyini vurğulayıb.
Həkimin tövsiyələri:
Havanın rütubətini 40-60% səviyyəsində saxlamaq üçün hava nəmləndiricisindən istifadə edin.
Otaqları müntəzəm havalandırın.
Filtrləri vaxtında təmizləyin və dəyişin.
Soyuq hava axınını birbaşa insanlara yönəltməyin.
Otaq temperaturunu çöldən 5-7°C-dən çox aşağı salmayın.
Əgər kondisioner səbəbindən narahatlıq əlamətləri hiss edilərsə, temperaturu artırmaq, hava axınını azaltmaq və ya otaqdan çıxmaq tövsiyə olunur.
Asya
Tatli.Biz

Dostlarınızla Paylaş

Saytda 178 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2025