Koronavirus hələ bitməmişkən İngiltərədə yeni xəstəlik - Meymun çiçəyi nədir?

Koronavirus hələ bitməmişkən İngiltərədə yeni xəstəlik - Meymun çiçəyi nədir?


Hər gün yeni maraqlı məlumatlar əlavə olunur

Koronavirus hələ bitməmişkən İngiltərədə yeni xəstəlik - Meymun çiçəyi nədir?

Koronavirus hələ bitməmişkən İngiltərədə yeni xəstəlik - Meymun çiçəyi nədir?
Böyük Britaniyada ölkə xaricindən gələn iki nəfərdə Meymun çiçəyi (Monkeypox) aşkarlanıb.
Tatli.Biz medicina.az-a istinadən bildirir ki, rəsmi səlahiyyətlilər ölkədə ölümcül virusun iki nəfərdə aşkarlandığını təsdiqləyiblər.
Meymun çiçəyi daha çox Mərkəzi və Qərbi Afrikada müşahidə olunur. Ancaq İngiltərə səlahiyyətliləri xəstələrin kimliyi və hansı ölkədən gəldikləri barədə məlumat verməyiblər.
Xəstələrin may ayının ilk həftələrindən etibarən yoluxduqları və İngiltərəyə döndükləri zaman pandemiya məhdudiyyətləri altında karantinə alındıqları açıqlanıb.
Ölkənin səhiyyə naziri vəziyyəti "tamamilə normal" olaraq xarakterizə edib və hər zaman bu cür epidemiyalarla qarşılaşdığını bildirib.
Qey edək ki, dəri qabarcıqlarına səbəb olan nadir tropik xəstəlik meymun, siçovul, dələ və digər kiçik məməlilərin yaydığı bir virusdan qaynaqlanır. Bununla birlikdə, elm adamları bu virusun insandan insana keçməsinin çox nadir olduğunu və bunun koronavirus qədər asanlıqla yayılmadığını bildiriblər.
Tatli.Biz

Dostlarınla Paylaş

Saytda 139 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024