Koronavirusdan sonra iybilməni itirənlərə təbii ÜSUL

Koronavirusdan sonra iybilməni itirənlərə təbii ÜSUL


Hər gün yeni maraqlı məlumatlar əlavə olunur

Koronavirusdan sonra iybilməni itirənlərə təbii ÜSUL

Koronavirusdan sonra iybilməni itirənlərə təbii ÜSUL
Koronavirusdan sonra yaşanılan qoxu problemi xəstələrin 10 faizində daha uzun müddət davam edir.
Tatli.Biz xəbər verir ki, türkiyəli həkim Yusuf Muhammed Durna bununla bağlı bir sıra məsləhətlər verib.
"Limon, kəklikotu, nanə yağı, qərənfil kimi maddələrlə 12 həftəyə qədər məşq etməyi məsləhət edirik. Koronavirusa yoluxan insanların ən böyük problemlərindən biri qoxu və dadbilməni itirmələridir.
Bu problem xəstəliyin sonrakı 6 ayında qoxuları fərqli alma kimi də davam edə bilər. Bu müddətdə xəstələrə qoxu məşqlərini məsləhət edirik.
Qoxu problemi koronavirusdan sonra ilk 2 həftədə 70-80 faiz düzəlir.
Qoxu məşqləri etmək üçün xüsusən kəskin qoxulardan istifadə edilməlidir.
Bunlar limon, kəklikotu, nanə yağı, qərənfil kimi uçucu yağlardır. Gün ərzində 2-3 dəfə 10 - 30 saniyə bu məşqləri məsləhət görürük. Belə ki, həmin qoxunu iyləyirik və daha sonra geri veririk. Buarad əsas məqsəd o bölgəni çalışdırmaqdır. Müalicədə səbrli olmaq lazımdır. 6 aya qədər heç nəticə almayan xəstələrimiz olur. Dediklərimizi edənlər isə tez bir zamanda sağalırlar". /medicina.az
Tatli.Biz

Dostlarınla Paylaş

Saytda 62 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024