Koronavirusun qalıcı ZİYANLARI

Koronavirusun qalıcı ZİYANLARI


Hər gün yeni maraqlı məlumatlar əlavə olunur

Koronavirusun qalıcı ZİYANLARI

Koronavirusun qalıcı ZİYANLARI
Miçiqan Universitetinin neyrobioloqu Natali Tronson koronavirusun xəstələrin sağlamlığına vurduğu qalıcı ziyanlarından danışıb.
Tatli.Biz xəbər verir ki, alimin bu barədə tədqiqatı "MedicalXpress" jurnalında dərc edilib. Mütəxəssis bəzi hallarda SARS-COV-2-nin beynə təsirinin xəstəliyin ən ciddi nəticələrindən biri olduğunu söyləyib. Məsələn, xəstəliyin səbəb olduğu beyinə uzunmüddətli təsirlərə mialji ensefalomielit (və ya xroniki yorğunluq sindromu) və Guillain-Barre sindromu aiddir. Bu zaman periferik sinir sisteminin autoimmun pozğunluğu sürətlə irəliləyir.
Həkim həmçinin koronavirusun bir çox əlamətinin əslində immun sisteminin müdafiə reaksiyaları ilə əlaqəli olduğunu izah edib. Məsələn, burun axması koronavirusun birbaşa təsiri deyil, immun sisteminin ona verdiyi reaksiyanın nəticəsidir. Beyində cavabdehlik daşıyan immun hüceyrələrin aktivləşməsi səbəbindən titrəmə, süstlük, yorğunluq və qızdırma baş verir. 
Tatli.Biz

Dostlarınla Paylaş

Saytda 109 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024