Laringit
Tatli.Biz

Laringit


Hər gün yeni maraqlı məlumatlar əlavə olunur

Laringit

Laringit
Laringit - qırtlağın və səs tellərinin selikli qişasınin iltihabıdir.
Səbəbləri:
-Qrip
-Soyuqlama
-Virus və bakteriya infeksiyaları
-Bronxit
-Pnevmoniya
-Allerqik reaksiyalar
-Kimyəvi qıcıqlanma
-Qırtlağın zədələnməsi
Əlavə risk faktorlarına otaqların tozlanması, isti, quru hava, səsin gərginləşməsi, burun-udlağın xroniki xəstəlikləri aiddir.
Simptomları:
Kəskin laringitdə ümumi vəziyyət birdən pozulur, hərarət qalxır. Udma zamanı ağrı, bəzən tənəffüsün çətinləşməsi qeyd olunur. Bu zaman boğazda quruluq, qıcıqlanma, cızılma hissi yaranır. Öskurək əvvəlcə quru, sonra isə bəlğəmli olur. Səs xırıltılı, kobud olur, sonra isə səs bata bilər.
Ağılaşmaları:
Xəstəlik adətən 1 həftə çəkir. Rejim pozularsa xəstəlik xroniki formaya keçə bilər. Xroniki forma kəskin forma müalicə olunmadıqda, allergik vəziyyətlərdə, peşə vərdişlərində (tozlar, kimyəvi maddələrlə qıcıqlannma, səsin gücə düşməsi) baş verir.
Müalicəsi:
İlk növbədə səbəbləri (qrip, soyuqlama) aradan qaldırmaq lazımdır. 5 gün xəstəyə danışmaq qadağan olunur, lazım gələrsə pıçıltıyla danışmaq olar. Bu zaman çoxlu isti maye qəbulu ( isti süd bal ilə), boğazın yaxalanması, isti inhalyasiyalar, boğaza isti kompresslər məsləhət görülür. Menyudan kəskin istiotlu, ədviyyatlı yeməklər götürülür. Həkim xəstənin vəziyyətinə uyğun müvafiq müalicə təyin edir.
Profilaktikası:
Profilaktikada ilk növbədə soyuqdan qorunmaq lazımdır. Əllərini sabunla yumalı, birdəfəlik kağız dəsmallardan istifadə etmək lazımdır. Əlləri yumamış buruna, ağıza əl vurmaq olmaz, KRX-lı xəstələrdən uzaq durmaq məsləhətdir. Bədənin möhkəmləndirilməsi ( kontrast su duşu, yaş dəsmalla silinmə, soyuq su ilə yuyunma), tam yuxu, payızda və qışda təmiz havada vaxt keçirmək tövsiyə olunur. Evdə tozlu, çox isti və rütubətli havanın olması məslənət deyil. İşlə əlaqədar zərərli maddələrlə təmasda olursunuzsa, işdən sonra tənəffüs yollarının inhalyasiya şəklində təmizlənməsi məsləhətdir.

Dostlarınla Paylaş

Laringit - Maraqlı məlumatı oxu


Laringit, maraqlı, məlumatlar, info, sağlamlıq, mətbəx, qadın dünyası, şirniyyatlar, oxu, reseptlər, xeberler, sağlam ol, xanımlar, sağlam qida, ailə, uşaq, gözəllik, moda, azerbaycan, android, axtar, yeni, Laringit, yukle

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri

Yuxu Yozmaları, Burc-il Yoxla, Doġum gununu hesabla, Ideal cekini hesabla, Imtahan nəticələrini hesabla, Mətni Fərqli Yaz, X - O Oyunu, Dama Oyunu, Online Sehr, Youtube Video Yuklə, Online Hesablayıcı, Mp3 Məlumatını Dəyiş, Lazımlı Programlar, Silinmiş şəkillərin geri qaytarılması

Saytda 124 nəfər
Tatli.Biz
xml | xml2 | html | ror | wiki
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2021