Hər gün yeni maraqlı məlumatlar əlavə olunur
Mədəciklərarası çəpərin qüsuru
Mədəciklərarası çəpərin qüsuru - mədəciklərararası çəpərin tam inkişaf etməməsi nəticəsində arakəsmənin açıq qalması, anadangəlmə ürək qüsuru (parok).
Patoanatomiyası
Mədəciklərarası çəpərin qüsurunun ölçüləri müxtəlif ola bilər.
Yerləşməsinə görə təsnifatı:
Paramemmbranoz qüsur - tez rastgəlinən tip, çəpərin yuxarı hissəsində sağ mədəciyin lat. crista supraventricularisin altında yerləşmiş olur.
Qıfvari və ya subarterial ikili qüsur, aortal qapaq yaxınlığında sağ mədəciyə aparan ya açılan trakta yerləşmiş olur.
Çıxacaq şöbəsinin və ya atrioventrikulyar kanalın qüsuru, mədəciklərarası çəpərin arxa hissəsində, üçtaylı qapağın çəpər qapaqcığının altında yerləşmiş olur.
Əyələvi hissənin qüsuru, adətən çoxdəlikli olub, çəpərin trabekulyar və zirvə hissələrində yerləşmiş olur.
Mədəciklərin hipertrofiya ya böyümə dərəcəsi şunt vasitəsi ilə atılan qanın həcmindən və ağciyər hipertenziyasından asılıdır.
Funksional pozğunluq qüsurun ölçüsü və ağciyər damar şəbəkəsinin vəyiyyətindən asılı olaraq qiymətləndirilir. Kiçik qüsur (0,5 sm²/m² az olduqda) qanın cərəyanına böyük müqavimət göstərmiş olur. Soldan sağa atılma (şunt) cüzvi olur və ağciyər hipertenziyası inkişaf etmir. Ürəyə əlavə güc minimal həddə olur. Orta ölçülü (0,5-1,0 sm²/m²) qüsurda da sağ və sol mədəciklər arası sistolik təzyiq qradiyenti mövcuddur. Ağciyər arteriyasında təzyiq sistem təzyiqdən 80% aşağı olur. Soldan sağa atılma ürəyin sol şöbəsinin nəzərəçarpacaq dərəcədə kücə düşməsinə səbəb olur. Bu isə öz növbəsində ağciyər damarlarında dəyişikliklərə səbəb olur, və nadir hallarda Eyzenmenger sindromuna gətirib çıxarda bilir. Böyük ölçülü qüsurlar (1,0 sm²/m² döyük olduqda) qan cərəyanına müqavimətli olmurlar. Belə ki, mədəciklər və magistral damarlararası sitolik təzyiq bərabərləşir və demək olar ki qradiyent itir. Bu xəstələrdə ağciyər damarlarında dəyişiklik riski yüksəkdir və nəticə etibarilə əksər hallarda hallarda Eyzenmenger sindromuna gətirib çıxarda bilir. Yenidoğulmuşlarda ağciyər damarlarının müqaviməti nəzərəçarpacaq dərəcədə olması nəticəsində qanın soldan sağa atılması minimum həddə olur. Sonradan ilk bir neçə gün ərzində ağciyər damarlarının müqaviməti bir qədər azalaraq qanın soldan sağa atılmasını artırmış olur. Bu da öz növbəsində durğun ürək çatışmamazlığına səbəb olur.
Klinik əlamətləri
Böyük ölçülü mədəciklərarası çəpərin qüsuruna malik bir yaşına qədər olan uşaqlarda üçüncü aydan başlayaraq durğun ürək çatmamazlığı inkişaf edir. Valideynlər uşaqlarının tənəffüsün tezləşməsini, yedirdərkən tez yorulmasını, həddən ziyadə tərləməsini və çəkidə geri qalmasını müşahidə edirlər. Kiçik ölçülü mədəciklərarası çəpərin qüsuruna malik bir və artıq yaşlı uşaqlarda xəstəlik demək olar ki, simptomsuz keçir. Qüsur adətən profilaktik müayinələr zamanı təsadüfən aşkar edilir. Auskultasiya zamanı ürək üzərində (dördüncü qabırğaarası nahiyədə) qaba sistolik küy xəstəliyə diaqnoz qoymağa əsas verir.
Müalicəsi
Medikamentoz olara böyük ölçülü qüsurlarda meydana çıxan dürğun ürək çatmamazlığı diqoksin və sidikqovucular vasitəsilə aradan götürülür. Lakinəsas müalicə cərrahi müdaxilə ilə mümkündür. Bir yaşınadək cərrahi müdaxiləyə göstəriş ürək çatışmamazlığının kəskinləşməsi, ağciyər arteriyasında sistolik təzyiqin sisem təzyiqindən 1,5 dəfə artıq olmasıdır. Digər hallarda cərrahi müdaxilə məktəbəqədərki dövrdə aparılmalıdır. Əməliyyat açıq ürəkdə süni qan dövranı şəraitində aparılır. Bu zaman çəpərin qüsur hissəsinə yamaq (auto ya kseno perikard vasitəsilə və ya dakron materialından) qoyulur. Kiçik yaşlarında cərrahi əməliyyatın riski aşağıdğr və əməliyyat sonrakı dövrdə demək olar ki, bütün simptomlar aradan qalxmış olurlar. Böyüklər əməliyyatı bir o qədər də yaxşı keçirmiyə də bilərlər. Bu zaman əməliyyatdan sonra bəzi simptomlar tam aradan qalxmaya da bilər.
Tatli.Biz