Melazma

Melazma


Hər gün yeni maraqlı məlumatlar əlavə olunur

Melazma

Melazma
Melazma üzdə əmələ gələn tünd rəngli, simmetrik ləkələrdir. Bu ləkələr üzdə aşağdakı hallarda əmələ gəlir:
- hamiləlik zamanı
- günəş şüalarının təsirindən
- hamiləlik əleyhinə kontraseptivlər qəbul edildikdə.
Bəzən bu qəhvəyi ləkələri hamiləliyi izi hesab edirlər. Çünki əksər hallarda hamiləlik zamanı qadınların üzündə bu ləkələr meydana gəlir və doğuşdan sonra tədricən itib gedir.
Ləkələr ən çox piqmentasiyaya meyilli dərisi olan insanlarda əmələ gəlir. Buna görə də çox vaxt mütəxəssislər belə dərisi olan adamlara isti vaxtlarda günəşə çıxarkən gün kremlərindən istifadə etməyi məsləhət bilir.
Melazma alında, yanaqlarda, çənədə, burunda əmələ gələ bilir. Melazmanın əmələ gəlməsində aşağıdaıların rolu olduğu söylənilir:
* genetik faktor
* hormonal dəyişikliklər
* orqanizmin ultrabənövşəyi şüalara olan həssaslığı
* keyfiyyətsiz kosmetik vasitələr.
Müalicə aşağıdakı prinsiplərə əsaslanır:
* kontraseptivlərin qəbulunun saxlanılmasına
* günəş əleyhinə kremlərin istifadəsinə
* E və C vitaminlərinin qəbuluna
* ağardıcı təbii kremlərin istifadəsinə
* dərinin lazerlə təmizlənməsinə, dermobraziyaya
* dərinin cavanlaşdırılmasına
* mikroelektriklə müalicəyə.
Tatli.Biz

Dostlarınla Paylaş

Saytda 133 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024