Meyvə istehlakı diabet riskini azalda bilər

Meyvə istehlakı diabet riskini azalda bilər


Hər gün yeni maraqlı məlumatlar əlavə olunur

Meyvə istehlakı diabet riskini azalda bilər

Meyvə istehlakı diabet riskini azalda bilər
Avstraliya alimləri meyvə yeməyin 2-ci tip diabetin inkişaf riskinin 36% azalda biəcəyini bildirir. "Meyvə istehlakı ilə insulinə həssaslıq göstəriciləri arasında əlaqə tapdıq. Buradan belə çıxır ki, daha çox meyvə yeyən insanların bədəndəki qlükoza səviyyəsini azaltmaq üçün daha az insulin istehsal etməsi lazımdır". Bu barədə tədqiqatın aparıcı müəllifi Nikola Bondonno bildirib.
Bu, hiperinsulinemiyanın - qanda insulin səviyyəsinin çox olması, yalnız diabetlə deyil, həm də yüksək qan təzyiqi, piylənmə və ürək-damar xəstəlikləri ilə əlaqəli olduğu üçün vacibdir. Meyvə istehlakını ehtiva edən sağlam qidalanma və həyat tərzi 2-tip diabetin inkişaf riskini azaltmaq üçün etibarlı yoldur. Edir Kouen Universitetinin tədqiqatçıları "AusDiab" diabetiinin araşdırmasına qatılan 7675 avstraliyalıdan alınan məlumatları təhlil edib. Araşdırmada ən azı iki porsiya meyvə (Avstraliya qaydalarına görə təxminən 300 qram) yeyən iştirakçıların insulin həssaslığı yarım porsiya yeyənlərə nisbətən daha yüksək idi. Alimin dediyinə görə, meyvələrin insulin həssaslığına tam olaraq necə təsir etməsi aydın deyil.
Tatli.Biz

Dostlarınla Paylaş

Saytda 95 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023