Meyvə və tərəvəzlərin qabığı da faydalıdır

Meyvə və tərəvəzlərin qabığı da faydalıdır


Hər gün yeni maraqlı məlumatlar əlavə olunur

Meyvə və tərəvəzlərin qabığı da faydalıdır

Meyvə və tərəvəzlərin qabığı da faydalıdır
Araşdırmalara görə, meyvə və tərəvəzlərrin qabığında ləti ilə müqayisədə daha çox lif və vitaminlər var. Məsələn, sitrus meyvələrinin qabığı C vitamini, lif və antioksidantlarla zəngindir.
Tatli.Biz AZƏRTAC-a istinadən bildirir ki, həkim-fitoterapevt Fizulu Hüseynov deyib: "Badımcan, qabağ və kartofun qabığında daha çox faydalı maddələr var. Kivi və bananın qabığından istifadə olunmasa da, həmin meyvələrin qabığı daha zəngin ehtiyatlara malikdir. Ona görə də onların qəbulu üçün başqa üsullardan istifadə etmək olar. Həmin məhsulların qabığını sürtgəcdən və ya ət maşınından keçirərək qatıq və süd məhsullarına qatıb qəbul etmək lazımdır".
Həkim-fitoterapevt həmin məhsulların qəbul edilməsi barədə danışarkən deyib: "Meyvə və tərəvəzləri qabıqlı şəkildə yemək bir çox xəstəliklərin müalicəsində faydalı təsir göstərir. Nar qabığını ətçəkən maşında çəkib yemək həm qanın artmasına, bağırsaqlarda olan mikrob və parazitlərin qarşısını almağa kömək edir. Narın pərdəsini çay kimi dəmləyib içmək də olar".
Həkimlər tərəvəzləri günün istənilən saatında, meyvələri isə günün birinci yarısında yeməyi məsləhət görürlər.
Tatli.Biz

Dostlarınla Paylaş

Saytda 76 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023