Mikroyuxu bəlası… – Kimlər risk altındadır?

Mikroyuxu bəlası… – Kimlər risk altındadır?


Hər gün yeni maraqlı məlumatlar əlavə olunur

Mikroyuxu bəlası… – Kimlər risk altındadır?

Mikroyuxu bəlası… – Kimlər risk altındadır?
Mikroyuxu yol, iş və ev qəzalarının səbəblərindən biri olaraq görülür. Kifayət qədər yatmayan şəxslərin beyni qeyri-ixtiyari olaraq bir neçə saniyəlik yuxuya gedir. Bu müddətdə çox vaxt insan yuxuda olduğunu belə dərk etmir.
Bəzi işlərlə məşğul olarkən birdən gözləriniz bağlanır və qeyri-ixtiyari olaraq bir neçə saniyəlik yuxuya gedirsinizsə, diqqətli olmalısınız. Çünki bu, maşın sürərkən və ya mexanizmlərlə işləyərkən başınıza gəlsə, o zaman vəziyyət təhlükəli hal alacaq.
Tatli.Biz medicina.az-a istinadla mikroyuxudan daha çox kimlərin əziyyət çəkdiyini və bu halın qarşısını almaq üçün nə edilə biləcəyini təqdim edir:
Yuxu canlıların həyatda qalmaq üçün ən əsas ehtiyaclarından biridir. Bədənin dincəlməsi, enerjinin yenidən yığılması, maddələr mübadiləsinin və hormon balansının tənzimlənməsi kimi bir çox fiziki fəaliyyətlə yanaşı, zehni güclənməni də təmin edən bir prosesdir. Hər gecə yenilənən bioloji dövran olan yuxunun müddəti də önəmlidir.
Mütəxəssislər ideal yuxu vaxtının 7,5-8 saat olduğunu bildirirlər. Müntəzəm yata bilməyənlər riskli vəziyyətlə - mikroyuxu ilə üzləşirlər.
Mikroyuxu şiddətli yuxu çatışmazlığı, həddindən artıq yorğunluq və ya xroniki yuxu pozğunluğu səbəbiylə cəmi bir neçə saniyə davam edən qısa gündüz yuxularıdır. Beyin bir neçə saniyə yuxuya gedir və dərhal yenidən oyanır. Bu dövrdə beyində yuxu və oyaqlıq zamanı görünəndən fərqli bir fəaliyyət müşahidə olunur.
Heyvanlar üzərində aparılan ilkin araşdırma beynin hissələrinin qısa müddətli deaktivasiyasının mikroyuxuya səbəb ola biləcəyini irəli sürüb.
Mikroyuxu zamanı insan oyaq görünə bilər və ya fəaliyyətini davam etdirə bilər, lakin məlumatı emal edə və ya nə baş verdiyini anlaya bilməz. Mikroyuxuya gedən insanlar aşkar simptomları belə görməyə bilərlər. İnsan yatdığını dərk etmədiyi üçün mikroyuxu özünü daha çox unutqanlıq, diqqətsizlik, yorğunluq, zəif performans və qəzalar şəklində biruzə verir. Güclü gündüz yuxululuğu, yuxuya getməkdə və oyanmaqda çətinlik çəkmək, yorğun halda oyanmaq, təkrarlanan sadə səhvlər, yöndəmsizlik, kiçik qəzalar, gün ərzində diqqəti cəmləməkdə çətinlik, diqqətin qəfil itməsi, xüsusilə son dəqiqələrlə bağlı unutqanlıq, mürəkkəb tapşırıqlar zamanı zehni çaşqınlıq ən nəzərə çarpan əlamətlərdir.
Gecələr kifayət qədər yatmayanlarda və ya gecə yuxusunu pozan hərhansı xəstəlikdən əziyyət çəkənlərdə mikroyuxu daha çox müşahidə edilir. Məsələn, yuxu apnesi səbəbiylə gecə effektiv yata bilməyən insanlar gün ərzində tez-tez mikroyuxuya gedirlər. Yorğunluq artdıqca, mikroyuxu riski də artır.
Növbəli işçilər də gecə işlədikdən sonra gün ərzində yata bilmədikdə, mikroyuxu vərdişə çevrilir. Psixiatrik xəstəliklər zamanı istifadə olunan və yuxu verən dərmanlar və ya spirt istifadəsi də mikroyuxu riskini artırır. Bu, beynin yuxu-oyanma dövrünü pozan tibbi vəziyyət olan narkolepsiyalı insanlarda daha tez-tez müşahidə olunur.
Mikroyuxu hücumları cəmiyyətdə və iş həyatında ciddi təhlükələrə səbəb ola bilər. Davamlı uzun iş saatları, zehni və fiziki həddindən artıq yorğunluq mikroyuxu hücumlarına, mikroyuxu hücumları isə sadə və ya mürəkkəb səhvlərə, qəzalara, xəsarətlərə və hətta ölümlərə səbəb ola bilər.
Gecə növbəsində işləyənlər, həkimlər, pilotlar, uzun müddət səyahət edən sürücülər, körpələrinə və ya uşaqlarına tək baxan analar risk qrupuna daxildir.
Ən mühüm təhlükə, nəqliyyat vasitələri və ya müəyyən mexanizmlərdən istifadə edərkən qəzalara səbəb ola bilməsidir. Xüsusilə sürücülər böyük risk altındadır.
Mikroyuxunun təsirinə məruz qalmamaq üçün nə etmək lazımdır?
Hər şeydən əvvəl normal gecə yuxusu rejiminə sahib olmaq lazımdır. Gecə yuxusunu pozan yuxu apnesi kimi halların müalicəsi vacibdir.
Əgər şəxs yuxuya səbəb olan dərmanlardan istifadə edirsə, bu vəziyyət həkimlə müzakirə edilməli və dərman istifadəsinə davam etməyə məcburdursa, maşın sürməkdən imtina etməlidir.
Mikroyuxunun qarşısını almaq üçün insanın yorğunluğuna səbəb ola biləcək sosial və ya fərdi amilləri aradan qaldırmaq mütləqdir. Bunlara daha uyğun iş növbələrinə keçmək, gecələr daha çox yatmaq, sağlamlığın qayğısına qalmaq, yuxu apnesinin müalicəsi, yuxu pozğunluqlarının müalicəsi, sağlam yuxu vərdişləri və gündüz yuxululuğunu azaldan tibbi müalicələr daxildir.
Tatli.Biz
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Dostlarınla Paylaş

Saytda 215 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024