Miokard infarktının ağırlaşmaları

Miokard infarktının ağırlaşmaları


Hər gün yeni maraqlı məlumatlar əlavə olunur

Miokard infarktının ağırlaşmaları

Miokard infarktının ağırlaşmaları
Miokard infarktlı xəstələrdə ağrı sodromunun təkrarlanmasının əsas səbəbi perikardın və miokardın işemiya epizodlarının yaranmasıdır ki,bu da xoş əlamət sayılmır.Miokard infarktlı xəstələrdə stenokardiya tutmaları perikardlı xəstələrdən çox baş verir.Ağrının ilk 12 saat ərzində yenidən baş verməsi miokard infarktı ilə birbaşa bağlıdır.
Uğurlu fibrinolizdən sonra 30% xəstələrdə arteriya ilə bağlı infarktın reokklüziyası müşahidə edilir.Bu xəstələrdə müsbət proqnoz sayılır.Çox vaxt bu şəkərli diabet xəstələrində müşahidə edilir.Son illər daha tez-tez təkrari miokard infarktını əvvəlki ilə müqayisədə miokardın başqa nahiyəsində inkişaf edən infarkt adlandırırlar.Səbəb isə bir qayda olaraq damarların əksəriyyəti zədələnmiş xəstələrdə əvvəlki miokard infarktı ilə əlaqəsi olmadan koronar arteriyanın trombozu və piləyin zədələnməsidir.Angioqrafik müayinələr göstərir ki,təqribən 40% miokard infarktlı xəstələrdə əvəllki infarkt sonrakı infarktla bir koronar arteriyada olur.
Uğurlu fibrinolizdən və aspirin alan xəstələrdə təkrari infarkt 5% hallarda baş verir.Əgər təkrari infarkt birinci infarktdan24-48 saat sonra inkişaf edərsə ona diaqnoz qoymaq çox çətin olur.
Təkrari infarktın baş verməsinə aşağıdakılar səbəb olur:
- qan dövranının ağır çatışmazlığı
- ritm pozğunluğu
- kardiogen şok
- ürək dayanması
Təkrari infarktla birincinin arasında 2 ildən az vaxt olduqda ölüm riskinin sayı çox olur.
Tatli.Biz

Dostlarınla Paylaş

Saytda 126 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023