Öd axarlarında patologiyaların əmələ gəlmə səbəbləri
Tatli.Biz

Öd axarlarında patologiyaların əmələ gəlmə səbəbləri


Hər gün yeni maraqlı məlumatlar əlavə olunur

Öd axarlarında patologiyaların əmələ gəlmə səbəbləri

Öd axarlarında patologiyaların əmələ gəlmə səbəbləri
Ödaxacağı yollarında patologiyaların əmələ gəlmə səbəbləri xəstəliyin müxtəlif formalarına görə dəyişir.Lakin öd axarlarında diskineziyaların əmələ gəlməsinə ən çox ödçıxarıcı yolların hərəkətini tənzimləyən neyrohumoral pozğunluqlar ön plana çəkilir.
* Nevrozlar,diensefal pozğunluqlar və ya vegetativ sinir sisteminin fəaliyyətinin xüsusiyyətləri nəticəsində əmələ gələn simpatikatoniya və ya vaqotoniya ödçıxarıcı yolların davamlı hipotoniyası və ya hipertoniyasına gətirib çıxararaq öd axacağı yollarının diskineziyalarına səbəb olur.
* Bundan başqa vegetativ sinir sisteminin distoniyası ödün axmasında disbalans yaradır ki,bu da öd axarlarının fəaliyyətini korlayır.
* Öd axarlarında patologiyaların əmələ gəlməsinə qalxanvari vəzin,böyrəküstü vəzin və yumurtalıqların hormonal çatışmazlığı da səbəb ola bilir.
* Mədə-bağırsaq traktı orqanlarının da bəzi xəstəlikləri öd yollarının fəaliyyətində ləngimələrə səbəb ola bilir.
* Mədə və onikibarmaq və nazik bağırsağın xəstəlikləri ödçıxarıcı yolların motorikasına düz və ya dolayısı ilə təsir edən amillərdən biri sayılır.Belə ki,bu amillər xolesistokrinin,qastrin,sekretin və digər bağırsaq neyropeptidlərinin sekresiyasının pozulmasına gətirib çıxarır.
* Öd axarlarında patologiyaların əmələ gəlməsinə səbəb olanlardan biri də qarın boşluğu və kiçik çanaq orqanlarının xroniki iltihabi prosesləridir.
* Hepatitlər,xolangitlər və xolesistitlər də ödçıxarıcı yolların diskinesiyasına səbəb olur və onların neyrohumoral aktivliyini azaldır.
* Mədə-bağırsağın bakterial mənşəli iltihabı xəstəlikləri öd kisəsi və ödçıxarıçı yolların motor funksiyasını və sinir-əzələ aparatını zəiflədir.
* Pəhriz və qidalanma ritminin pozğunluqları ödçıxarıcı yolların motor funksiyasını tənzimləyən bağırsaq neyropeptidlərinin sekresiyasının normal ritminin pozulması ilə bağlıdır.

Dostlarınla Paylaş

Öd axarlarında patologiyaların əmələ gəlmə səbəbləri - Maraqlı məlumatı oxu


Öd axarlarında patologiyaların əmələ gəlmə səbəbləri, maraqlı, məlumatlar, info, sağlamlıq, mətbəx, qadın dünyası, şirniyyatlar, oxu, reseptlər, xeberler, sağlam ol, xanımlar, sağlam qida, ailə, uşaq, gözəllik, moda, azerbaycan, android, axtar, yeni, Öd axarlarında patologiyaların əmələ gəlmə səbəbləri, yukle

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri

Islam Aləmi, Qurani Kerim, Online Xəritə, Rəsədxana, Oxu zalı, Hazır Smslər, Ilimiz 2021, Gundəlik, Futbol Nəticələri, Idman Xəbərləri, Gundəlik Burclər, Valyuta Məzənnəsi, Qarışıq Bolmələr, Online Tərcumə, Adların Mənası

Saytda 160 nəfər
Tatli.Biz
xml | xml2 | html | ror | wiki
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2021