Öd yollarının diskneziyası
Tatli.Biz

Öd yollarının diskneziyası


Hər gün yeni maraqlı məlumatlar əlavə olunur

Öd yollarının diskneziyası

Öd yollarının diskneziyası
Öd axacağı yolların diskineziyası ümumi öd axacağı və öd kisəsinin tonus və yığılma qabiliyyətinin dəyişməsi nəticəsində baş verən xəstəlikdir.Bu dəyişmənin əlaməti ödün onikibarmaq bağırsağa axmasının pozğunluğu ilə təzahür edir.Diskneziya ilə başlıca olaraq qadınlar xəstələnirlər.Bəzən bu xəstəliyin mensturasiya dövrü ilə və yaxud klimakterik dövrlə əlaqəsi olur.Çox vaxt cavan , arıq xəstələrdə rast gəlinir.Etiologiyasına görə birincili və ikincili olur.Öd yollarının xəstəliklərinin pozğunluqlarının xarakterinə görə aşağıdak formaları var:
-Öd kisəsi və ya kisə axacağının hipertrofiyası
-Sfinkterin spazmı
-Hipotonik,hipokinetik forma
-Öd kisısinin hipotoniyası
-Sfinkterin catmazlığı
FİZİOLOGİYASI:
Qara ciyərdə fasiləsiz öd əmələ gəlir ki , bu da öd kisəsinə toplanır.Toplanmış öd həzm zamanı onikibarmaq bağırsağa tökülür. Ödün xaric olmasına öd kisəsinin yığılması və eyni vaxtda öd sfinkterinin boşalması kömək edir.Kisə boşalanda sfinkter bağlanır və ödün xaric olması kəsilir.
Öd kisəsinin axarlarında patologiyalar olduqda isə bu proses normal getmir .Bu xəstəlik öd axarlarının diskineziyası adlanır .
PATOGENEZİ:
Xəstəliyin əmələ gəlməsində öd çıxarıcı yolların hərəkətini tənzimləyən neyrohumoral pozğunluqlar əsas səbəb sayılır.Bundan başqa aşağıda adı çəkilən xəstəliklərin də öd kisəsinin diskneziyasının əmələ gəlməsində rolu olduğu danılmır:
-Nevrozlar,diensefal pozğunluqlar
-Qalxanvari vəzin, böyrəküstü vəzin,yumurtalıqların hormonal çatışmazlıqları,
-Mədə, onikibarmaq bağırsaq və nazik bağırsağın düz və dolayı yolla təsiri
-Qarın boşluğu və kiçik çanaq orqanlarının xroniki xəstəliklərinin reflekslərlə ötürülməsi
-Hepatitlər və xolangitlər
-Pəhriz və qida ritminin pozğunluğu
DİAQNOZU:
Xəstəliyin diaqnozunda USM. KT -nın nəticələri əsas götürülür .Qanın , sidiyin müayinəsi də vacibdir.
MÜALİCƏSİ:
Müalicəsində pəhrizə diqqət yetirilməlidir.Qidalanma az -az gündə 4-5 dəfədir.Kəskin,yağlı, duzlu yeməklərdən, xəmir məmulatlarından,qazlı içkilərdə uzaq durmaq məsləhət görülür.
Xəstələrə spazmolitiklər, ağrıkəsicilər və s. təyin olunur,bitki dəmləmələrindən istifadə olunur.

Dostlarınla Paylaş

Öd yollarının diskneziyası - Maraqlı məlumatı oxu


Öd yollarının diskneziyası, maraqlı, məlumatlar, info, sağlamlıq, mətbəx, qadın dünyası, şirniyyatlar, oxu, reseptlər, xeberler, sağlam ol, xanımlar, sağlam qida, ailə, uşaq, gözəllik, moda, azerbaycan, android, axtar, yeni, Öd yollarının diskneziyası, yukle

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri

Xidmətlər, Wap FTP, , Wap+Web Skaner, Domen Yoxla, Qrab Yarat, Kodlaşdırma, Rəng Kodları, Saytın şəklini cek, Telefon modelini dəyiş, Smayl duzəlt, Icon duzəlt, Button duzəlt, Unvanı qısalt, Sistem Yuklemeleri, Naviqasiyalar - Xerite, MultiMedia Yuklemeleri, Derslikler, Maraqlı Yuklemeler, Tehlukesizlik, Movzular - Tema, Alış-Veriş

Saytda 150 nəfər
Tatli.Biz
xml | xml2 | html | ror | wiki
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2021