Ölümcül virusdan necə qorunaq?
Tatli.Biz

Ölümcül virusdan necə qorunaq?


Hər gün yeni maraqlı məlumatlar əlavə olunur

Ölümcül virusdan necə qorunaq?

Ölümcül virusdan necə qorunaq?
Dünyanı Coronavirus dəhşəti bürüyüb. Virus ilk dəfə 1965-ci ildə kəskin rinitli pasientdə tapılıb.
Bu virus ailəsi quruluşuna görə taca bənzədiyinə görə Coronavirus ailəsi adlanır. Virus insanlar və pişik, quş, it, iribuynuzlu heyvanlar, donuz, dovşanlar arasında xəstəlik törədir. 2019-cu il dekabrın ortalarında Çində bu virusun yaratdığı xəstəlik geniş yayılmağa başladı. Xəstələnənlər arasında çox sayda vəfat edənlər var. Xəstəlik əsasən hava-damcı və fekal-oral yol ilə yoluxur.
Bu virus əsasən aşağıdakı sistemləri zədələyir:
Tənəffüs sistemi
Mədə-bağırsaq sistemi
Sinir sistemi
Xəstəliyin ilk dövrlərində öskürək, temperatur, baş ağrı, ürəkbulanma, döş qəfəsində sıxıntı və s. əlamətlər olur. Bir neçə gündən sonra tənəffüs çatışmazlığı, pnevmoniya, böyrək çatışmazlığı ilə ağırlaşa bilir. Bu əlamətlər olduqda mütləq həkimə müraciət etmək lazımdır!
Tatli.Biz saglamolun.az-a istinadən bildirir ki, fəsil dəyişkənliyi, havaların soyuması və xarici ölkələrlə əlaqənin olması ölkəmizdə bir çox xəstəliklərin, əsasən də virus mənşəli xəstəliklərin, o cümlədən Coronavirus-un baş qaldırmasına səbəb ola bilər.
Coronavirusdan necə qorunmaq olar? İnfeksiyadan qorunmaq üçün əlləri tez-tez yumaq, meyvə-tərəvəzi yaxşı yumaq, qapalı məkanlardan mümkün qədər uzaq olmaq, ictimai nəqliyyatda maska taxmaq, xəstəliyin əlamətləri olanlardan mümkün qədər uzaq olmaq, düzgün qidalanmaya, yuxu rejiminə riayət etmək və s.vacibdir.
Lakin bəzən bunlarda fayda vermir. Dahi alim Klod Bernardın sözləri ilə desək, "mikrob əsas deyil, əsas mühitdir". Orqanizmin daxili mühitinin, immun sisteminin normallığı xəstəliklərdən qorunmağın ən doğru yoludur. Məlumdur ki, hətta epidemiya zamanı heç də hamı xəstəliyə yoluxmur. Bunu normal fəaliyyət göstərən immun sistemi ilə izah etmək olar.
XƏSTƏLİYİN PROFİLAKTİKASI müalicəsindən daha üstündür.
Xəstələnməmək və ya xəstəliyi yüngül keçirmək üçün immun sistemin düzgün fəaliyyət göstərməsi şərtdir. Sübut olunub ki, immun hüceyrələrinin normal fəaliyyəti üçün orqanizmdə C vitamini kifayət qədər olmalıdır. Orqanizmdə C vitaminini ən çox immun hüceyrələr istifadə edir. C vitamini çatışmazlığı infeksiyalara meyillik və residivləşən infeksiyalardan ibarət qüsurlu dövrana səbəb olur.
Virus infeksiyalarından qorunmaq üçün İnfuzion 7.5 q - 50ml-lik Yüksəkdozalı C vitaminindən istifadə edin. Bu sizi virus infeksiyasına yoluxmadan qoruyacaq! Yoluxmusunuzsa, xəstəliyin yüngül keçməsinə səbəb olacaq!
Virus infeksiyaları zamanı 7.5 q- 50 ml Yüksəkdozalı C vitamininin terapevtik faydası tədqiqatlarla sübut olunub. 7.5 q- 50 ml Yüksəkdozalı C vitamininin çoxsaylı farmakoloji xüsusiyyətləri içərisində aşağıdakılar immun sisteminə təsir edərək virus infeksiyalarının profilaktika və müalicəsində olduqca əhəmiyyətlidir:
İmmun sisteminin spesifik hüceyrələri və neytrofillərin aktivliyini normallaşdıraraq virus və bakteriyaya qarşı immun cavabı təmin edir
Komplement sistemini aktivləşdirir
İnterferon sintezini artırır
Antioksidant təsir göstərir (antioksidant çatışmazlığı immun sisteminin işinə və sonda bizim sağlamlığımıza mənfi təsir göstərir).
İSTİFADƏ QAYDASI VƏ DOZASI:
Yüksəkdozalı C vitamini 7,5 g - 50 ml məhlulu 100 ml izotonik natrium xlorid məhluluna əlavə edilərək həftədə 2-3 dəfə venadaxilinə yavaş-yavaş yeridilir.
7.5 q - 50 ml Yüksəkdozalı C Vitamini almaq üçün heç bir çətinliyiniz olmayacaq, belə ki, preparat ölkəmizin apteklərində sərbəst satışdadır.
Məqalə Bioloji təbabət klinikası tərəfindən təqdim olunub.

Dostlarınla Paylaş

Ölümcül virusdan necə qorunaq? - Maraqlı məlumatı oxu


Ölümcül virusdan necə qorunaq?, maraqlı, məlumatlar, info, sağlamlıq, mətbəx, qadın dünyası, şirniyyatlar, oxu, reseptlər, xeberler, sağlam ol, xanımlar, sağlam qida, ailə, uşaq, gözəllik, moda, azerbaycan, android, axtar, yeni, Ölümcül virusdan necə qorunaq?, yukle

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri

Free Downloader, hd video download, whatsapp plus, instagram plus, youtube plus, online free play, sexy girl, Burcler Haqqında, olum unvanları, Menfi cehetler, Burce gore sevgi, Burce gore seks, Burc-il yoxla, Hansı gun doġuldun?, Qoc Burcu, Buğa Burcu, Əkizlər Burcu, Xərcəng Burcu, Şir Burcu, Qız Burcu, Tərəzi Burcu, Eqrəb Burcu, Oxatan Burcu, Oğlaq Burcu, Dolca Burcu, Balıqlar Burcu

Saytda 124 nəfər
Tatli.Biz
xml | xml2 | html | ror | wiki
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2021