Orqanizmi zamanla dağıdıb məhv edən qidalar

Orqanizmi zamanla dağıdıb məhv edən qidalar


Hər gün yeni maraqlı məlumatlar əlavə olunur

Orqanizmi zamanla dağıdıb məhv edən qidalar

Orqanizmi zamanla dağıdıb məhv edən qidalar
Yeməyə vərdiş etdiyimiz, süfrəmizdən əskik etmədiyimiz qidalar birdən yox, zamanla, asta-asta orqanizmi daxildən dağıdır.
Tatli.Biz medicina.az-a istinadən xəbər verir ki, adı açıqlanmayan diyetoloq bu qidalar barədə xəbərdarlıq edib:
"Yediyimiz bir çox qidalar gec təsir edən zəhər kimidir. İlk növbədə bu qazlı, şirin içkilərdir. Qazlı içkidə çoxlu süni aromalaşdırılmış və şirinləşdirici maddələr var. O, bədənin içində boş kalorilərdən yağ qatı, təbəqəsi əmələ gətirir.
Elə insan var ki, qazlı su, limonad narkomanıdır. Xüsusən Kola, Fanta, energetik içkilər və s. Onlar heç bir yeməyi onlarsız yemir, hər gün 2 butulka içir və gördükdə dayana bilmir. Beyin artıq bu içkiləri siqaret, narkotik kimi tələb edir. Bu içkilərdən asanlıqla xilas olmaq da çətindir.
Siyahıda ikinci yerdə ağ çörək, ağ undan bişirilmiş məmulatlar, xəmir məhsulları gəlir. Müxtəlif peçenye, bulka, pirojna, vaflilər qanda şəkəri, insulini qaldırır.
Üçüncü yeri bütün piştaxtaları və kafeləri cənginə alan transyağlar tutur. Eləcə də müxtəlif konservlər, kartof-fri. Hətta faydalı balığın konservində belə civə var ki, çox yedikdə toxumalarda, orqanlarda yığılır".
Tatli.Biz
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Dostlarınla Paylaş

Saytda 103 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024