Oruc tutanlara orqanizmdə susuzluq yaratdığına görə duzlu-ədviyyatlı yeməkləri rasiondan çıxarmaq tövsiyə olunur
Tatli.Biz

Oruc tutanlara orqanizmdə susuzluq yaratdığına görə duzlu-ədviyyatlı yeməkləri rasiondan çıxarmaq tövsiyə olunur


Hər gün yeni maraqlı məlumatlar əlavə olunur

Oruc tutanlara orqanizmdə susuzluq yaratdığına görə duzlu-ədviyyatlı yeməkləri rasiondan çıxarmaq tövsiyə olunur

Oruc tutanlara orqanizmdə susuzluq yaratdığına görə duzlu-ədviyyatlı yeməkləri rasiondan çıxarmaq tövsiyə olunur
Ramazan günlərində 16 saata yaxın oruc tutmaq, ac-susuz qalmaq bədənin enerjisini alır və temperaturu yüksəldir. Ona görə də lazımi vitamin və mineralların kifayət qədər qəbul olunması vacibdir.
Həkimlər bildirirlər ki, gün ərzində susuz və tox saxlaya bilən qidaları qəbul etmək həm bədəni gücdən düşməyə qoymur, həm də susuzluğa qarşı müqaviməti artırır. İftarla imsaq arasında ən azı 12 stəkan su içmək və meyvə-tərəvəzləri süfrədən əskik etməmək lazımdır.
Tatli.Biz AZƏRTAC-a istinadən bildirir ki, həkim-diyetoloq Sevinc Həsənzadə deyib: "İmsaq zamanı daha çox süd məhsulları, yulafdan hazırlanan qidalar və sıyıq yemək lazımdır. Yaxud 4-5 ədəd xurma yemək də gün ərzində tox saxlayır. Çalışıb həmin dövrdə duzlu-ədviyyatlı yeməkləri rasiondan çıxarmaq lazımdır, çünki həmin qidalar susuzluq yaradır. İmsaqda boyat yeməklərlə qidalanmaq da köpə və ağırlığa səbəb olur".
İmsaq zamanı həm protein, həm də zülal tərkibli yumurta qəbul edilməsi də gün ərzində tox saxlayacaq qidalardan sayılır. İftar zamanı isə gün ərzində aclıq davam etdiyinə görə metobolizm zəifləyir və oruc tutanlar daha çox qida qəbul etmək istəyirlər, bu isə mədədə sancı və ağrı yarada bilər.
"İftar zamanı əvvəlcə yarım kasa sulu yemək, sonra qəbul edilən ət, balıq və toyuqdan hazırlanan xörəklər çoxlu salatla yeyilməlidir ki, onun həzminə kömək etsin. Ən mühüm məsələlərdən biri də yatana qədər orqanizmin su balansını gözləməkdən ibarətdir. Təxminən hər saatdan bir 1 stəkan su içmək lazımdır. Meyvəni dərhal xörəyin üstündən yemək olmaz",- deyə həkim-diyetoloq bildirib.
Ramazan ayında rejim dəyişdiyinə görə vaxta və yeyilən qidaya diqqət yetirmək lazımdır, əks halda mədə problemləri ilə üzləşmək olar. Ona görə də yaxşı olar ki, mədə-bağırsaq, qaraciyər, böyrək, öd daşı problemi olanlardan orqanizm mayesiz qalanda immun sistemi zəiflədiyinə görə xəstəliklər fəallaşa bilər və ona görə həmin xəstəliyi olanların oruc tutması çox da vacib deyil.
Mütəxəssislər fasilələrlə qidalanmağın faydalı olduğunu söyləyirlər. Qəbul edilən qidaların yaxşı həzm olunması üçün piyada gəzmək və yuxu rejiminə düzgün əməl edilməlidir.
Ramazan.Tatli.Biz

Dostlarınla Paylaş

Oruc tutanlara orqanizmdə susuzluq yaratdığına görə duzlu-ədviyyatlı yeməkləri rasiondan çıxarmaq tövsiyə olunur - Maraqlı məlumatı oxu


Oruc tutanlara orqanizmdə susuzluq yaratdığına görə duzlu-ədviyyatlı yeməkləri rasiondan çıxarmaq tövsiyə olunur, maraqlı, məlumatlar, info, sağlamlıq, mətbəx, qadın dünyası, şirniyyatlar, oxu, reseptlər, xeberler, sağlam ol, xanımlar, sağlam qida, ailə, uşaq, gözəllik, moda, azerbaycan, android, axtar, yeni, Oruc tutanlara orqanizmdə susuzluq yaratdığına görə duzlu-ədviyyatlı yeməkləri rasiondan çıxarmaq tövsiyə olunur, yukle

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri

Sevgi Smsleri, Dostluq Smsleri, Tebrik Smsleri, Ayrılıq Smsleri, Ad Gunu Smsleri,Prikol Smsler, Turkce Smsler, Qarışıq Smsler, Letifeler, Xoruz ili Haqqında, Ulduzlar bu ilə nə deyir?, Xoruz ilində bizi nə gozləyir?, 2021-ci ildə nə gətirəcək?, Bu ildə doġulan insanların xasiyyətləri, Bu ildə doġulan insanların xarakterləri, Bu ildə doġulan insanların xususiyyətləri, Xoruz ilinə dair Mayya qoroskopu, Xoruz ilində bu burclər Varlanacaq, Xoruz ilində doġulan məşhurlar

Saytda 145 nəfər
Tatli.Biz
xml | xml2 | html | ror | wiki
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2021