Oruc tutmaq koronavirusun yayılması üçün risk yaradırmı? - İftar süfrəsi təşkil etmək yasaqlanır


Maraqlı Məlumatlar
Hər gün yeni maraqlı məlumatlar əlavə olunur

Oruc tutmaq koronavirusun yayılması üçün risk yaradırmı? - İftar süfrəsi təşkil etmək yasaqlanır

Oruc tutmaq koronavirusun yayılması üçün risk yaradırmı? - İftar süfrəsi təşkil etmək yasaqlanır
Türkiyə Diyanət İşləri Ali Şurası "Koronavirusun yayıldığı zamanda oruc tutmalıyıq?" sualına cavab verib.
Tatli.Biz medicina.az-a istinadən bildirir ki, Dini qurumun açıqlamasında: "Ramazan ayında sağlam şəxslərin oruc tutması xəstəliyin yayılması üçün xüsusi bir risk yaratmır" deyə bildirib.
" Ali dinimizin prinsiplərinə görə, hər ibadətin nazil olması ilə vaxt, məkan və şərtlər müəyyən edilib.
Ramazan ayında hər sağlam bir möminin oruc tutması Allahın əmri ilə qəbul edilmişdir (əl-Bəqərə, 2 / 183-185). Bu ibadəti tamamilə təxirə salmaq mümkün deyil.
Tibb mütəxəssislərindən alınan məlumata görə, sağlam şəxslərin oruc tutması xəstəliyin yayılması üçün xüsusi bir risk yaratmır. Bundan əlavə, orucun immunitet sisteminə mənfi təsir göstərdiyinə dair sübutlara əsaslanan tibbi tapıntı olmasa da, orucun immunitet sisteminə müsbət təsir göstərdiyini bildirən elmi nəşrlər var.
Epidemiya davam edərkən, sosial təcrid qaydası çərçivəsində başqaları ilə təmasda olmaqdan çəkinmək lazımdır və bu istiqamətdə qohumları, qonşuları və dostları ilə iftar süfrəsi təşkil etməkdən mütləq çəkinmək lazımdır. Xalqımızın sağlamlığını qorumaq üçün məsul vəzifəli şəxslərin müəyyən etdiyi qaydalara əməl etmələrini təmin etmək, özlərinin və başqalarının həyatına təhlükə yarada biləcək rəftar və davranışlardan çəkinmək dini vəzifədir."

Dostlarınla Paylaş
Whatsapp Facebook Telegram Twitter Viber
Logo

Oruc tutmaq koronavirusun yayılması üçün risk yaradırmı? - İftar süfrəsi təşkil etmək yasaqlanır - Maraqlı məlumatı oxu


Oruc tutmaq koronavirusun yayılması üçün risk yaradırmı? - İftar süfrəsi təşkil etmək yasaqlanır, maraqlı, məlumatlar, info, sağlamlıq, mətbəx, qadın dünyası, şirniyyatlar, oxu, reseptlər, xeberler, sağlam ol, xanımlar, sağlam qida, ailə, uşaq, gözəllik, moda, Oruc tutmaq koronavirusun yayılması üçün risk yaradırmı? - İftar süfrəsi təşkil etmək yasaqlanır

Saytda 81 nəfər
xml | xml2 | html | ror | wiki
MobTop.az
admin@tatli.biz
©Tatli.Biz Company 2010-2021