Özünəheyran insanlar necə olur?

Hər gün yeni maraqlı məlumatlar əlavə olunur

Özünəheyran insanlar necə olur?

Özünəheyran insanlar necə olur?
Bu söz insanın xarakterinə uyğun olaraq ona verilən bir ifadə tərzidir və psixoloji bir vəziyyət hesab edilir.Bu xarakterə malik olan insanlar özlərini hamıdan çox sevir,ətrafdakıların yanlız onlar barədə danışmasını və diqqət mərkəzində olmağı çox sevirlər.Belə adamlar ətrafdakıların haqqlarını və söyləyəcəklərini nəzərə almadan daima özlərini ön plana çəkməyi sevirlər və başqalarının hesabına da olsa irəli getməyi xoşlayırlar.Onlar həmişə pul,güc,işdə irəliləmək,gözəllik və ideal sevgi barədə düşünürlər.Belələri qarşısındakı adam naminə heç nələrindən keçməzlər və onlar heç nədən doymazlar.
Özünə heyran olan adamlar istədiklərinə çatmaq naminə ən yaxınlarının belə haqqına girir və onları saymır.Özlərinə yüksək qiymət vermə hissi o qədər gücü olur ki,belə adamlar sonunda depressiyaya düşürlər.Özünəheyran adamların əsas xüsusiyyətlərindən biri də onların yüksəliş naminə hər şeyi edə bilmələridir.Özünəheyran adamların əsas xüsusiyyətləri aşağıdakılardır:
- eqoist insanlar olurlar
- özlərini heç vaxt başqasının yerinə qoymazlar
- şöhrət,pul,yüksəlmək kimi xəyalları olur
- bacarıqlı insanlara kin və nifrət bəsləyirlər
- özlərini mükəmməl sanırlar,daima bu barədə düşünürlər
Özünə heyran olan insanlara qarşı çıxanda onlar qarşısındakını alçaltmağa çalışır,öz çıxarları üçün başqalarından istifadə edir,həmişə ətrafdakıların diqqətini öz üstlərinə çəkməyə çalışır,öz günahlarını boynuna almaz və özlərindən yüksəkdə duranlara qarşı nifrət hissi duyurlar.Onların həddindən artıq qürurlu olması və özlərini mükəmməl hesab etməsi belə insanları ətraf mühitdən uzaqlaşmasına səbəb olur.Belə insanlar ətrafdakılarla ünsiyyətə girməkdə çətinlik çəkir və hər şeyə haqqları olduğuna inanırlar.
Əslində bu davranış pozğunluğu uşaq yaşlardan inkişaf etməyə başlayır.Yəni uşaq yaşlarında yaşıdlarının oyuncaqlarına inadla sahib olmaq istəyən,daima diqqət mərkəzində olmağı xoşlayan uşaqlar böyüdükcə daha da özlərini sevən olur.Belə uşaqlar əksər vaxt yalan danışır və ətrafdakılara yalançı və günahkar kimi saldırır.
Mütəxəssislər azyaşlı övladında yuxarıda sadalanan davranış pozğunluqlarını hiss edən valideyinləri psixoloqa müraciət etməyə çağırır və övladının gələcəkdə düzgün xarakterli birisi olması üçün daima onlarla əlaqədə olmağı məsləhət bilir.

Dostlarınla Paylaş

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri

Free Downloader, hd video download, whatsapp plus, instagram plus, youtube plus, online free play, sexy girl, Burcler Haqqında, olum unvanları, Menfi cehetler, Burce gore sevgi, Burce gore seks, Burc-il yoxla, Hansı gun doġuldun?, Qoc Burcu, Buğa Burcu, Əkizlər Burcu, Xərcəng Burcu, Şir Burcu, Qız Burcu, Tərəzi Burcu, Eqrəb Burcu, Oxatan Burcu, Oğlaq Burcu, Dolca Burcu, Balıqlar Burcu

Saytda 181 nəfər
Tatli.Biz
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2021