Özünüzü yorğun hiss edirsiniz? - 7 əsas SƏBƏBİ

Özünüzü yorğun hiss edirsiniz? - 7 əsas SƏBƏBİ


Hər gün yeni maraqlı məlumatlar əlavə olunur

Özünüzü yorğun hiss edirsiniz? - 7 əsas SƏBƏBİ

Özünüzü yorğun hiss edirsiniz? - 7 əsas SƏBƏBİ
Yetərincə dincəldiyiniz halda hələ də özünüzü yorğun hiss edirsinizsə, bu ciddi xəstəliklərdən xəbər verir.
Bu problemlər arasında tiroid xəstəliyi, 2-ci tip diabet və yuxu apnesi ola bilər.
İnsanların orta hesabla 40 faizi həftənin bir çox günlərində özlərini bitkin, yorğun və tükənmiş hiss edirlər. Araşdırmalar yetişkinlərin 3-də birinin yetərincə yatmadığını göstərir ki, bu da çətin yaşam tərzinə bağlı ola bilər.
Tatli.Biz yorğunluğun 7 əsas səbəbini təqdim edir:
1) ANEMİYA: Tez-tez yorğun hiss etmək, halsızlıq, yuxuya getməkdə çətinlik, konsantrasyon əksikliyi, sürətli ürək döyüntüsü, sinə, baş ağrıları və nəfəs darlığı kimi əlamətlər anemiyaya işarə edir. Anemiya tək başına bir xəstəlik deyildir. Dəmir və ya vitamin əksikliyi, qan itirmə, daxili qanama, revmatizma, xərçəng və ya böyrək çatışmazlığı kimi xroniki xəstəliklər anemiyaya səbəb olur.
2) TİROİD XƏSTƏLİYİ: həddindən artıq tiroid hormonu metabolizmanı sürətləndirir, azı isə yavaşladır. Hər iki halda yorğunluq, gücsüzlük və əzələ ağrıları olur. Bununla birlikdə tiroid hormonu çox olarsa, çəki itirməsi, sürətli ürək döyünməsi, isti basması, artan susuzluq hissi; az olduqda isə çəki almaq, üşümə hissi, ağır ve tez görülən mensturasiya qanaxmaları ilə qəbzlik əlamətləri ortaya çıxar.
3) TİP-2 DİABET: Orqanimzin işləməsini təmin edən qlükoza düzgün istifadə edilmədiyində və qanda yığılması (tip-2 diabet olaraq adlandırılan durumdur); enerji əksikliyi və yorğunluğu da özü ilə gətirir. Susuzlamaq, tez-tez idrara çıxmaq, aclıq, kilo itirmək, əsəbilik, bulanıq görmə də əlamətlər arasında yer alır.
4) DEPRESSİYA: İki həftədən daha uzun davam edən; yorğunluq və ya enerji itirməsi, çox az və ya çox yatmaq, ani kilo itirmək və ya kilo almaq, əsəbilik, baş ağrısı, xroniki ağrı, günahkar, ümidsiz, dəyərsiz hiss etmək, ölüm və ya intihar düşüncələri kimi durumlarda mütləq bir mütəxəssisdən kömək alın.
5) XRONİKİ YORĞUNLUQ: Baş ağrısı, əzələ və oynaq ağrısı, halsızlıq kimi əlamətləri vardır.
6) YUXU APNESİ: Yuxuda nəfəs kəsilməsi olaraq bilinən yuxu apnesi beynin REM yuxusuna keçişinin qarşısını alar. Yuxu apnesi olan insanlar gecədə dəfələrlə nəfəs almağı buraxa bilər. Xoruldamaq və tez-tez yuxudan oyanmaq yuxu apnesinin əlamətləridir.
7) B12 ÇATIŞMAZLIĞI: Yetərli B12 vitamini almaq beyin sağlamlığı, immun sistemi və metabolizma üçün çox önəmlidir. Yorğunluqdan başqa, əllərdə və ayaqlarda uyuşma, baş fırlanması, görmə problemləri B12 əksikliyidir. /medicina.az
Tatli.Biz

Dostlarınla Paylaş

Saytda 139 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023