Qadın əminliyi və Komfort!
Tatli.Biz

Qadın əminliyi və Komfort!


Hər gün yeni maraqlı məlumatlar əlavə olunur

Qadın əminliyi və Komfort!

Qadın əminliyi və Komfort!
Əksər qadınlar üçün uşaqlıq yolunun selikli qişasının quruluğu özlərini azad hiss etməyə və həyatdan zövq almağın qarşısını alan bir problemə çevrilmişdir. Demək olar ki, hər ikinci qadın uşaqlıq yolunun quruluğu problemi ilə üzləşir və bu müxtəlif səbəblərdən yarana bilər. Daha çox rast gəlinən səbəblərə aiddir: preklimakterik və ya postklimakterik dövr, hamiləlik və ya doğuşdan sonrakı dövr, endometrioz və ya dərman preparatları ilə müalicədən sonra yaranan əlavə təsirlər.
Uşaqlıq yolunun quruluğu utancaqlıq mənbəyi ola bilər. Bu, bir qadının həkim və ya cinsi partnyoru ilə bu cür simptomları müzakirə etməsinə mane ola bilər. Lakin bu, bir çox qadına təsir edən adi bir hal hesab olunur. Qadınların 70% -i bunu yaşın təbii təzahür hesab edir, amma BU HEÇ DƏ BELƏ DEYİL!
UŞAQLIQ YOLUNUN QURU OLMASINI NECƏ TƏXMİN EDƏK?
Əgər qadın sağlamdırsa, müntəzəm cinsi həyat yaşayırsa və cinsi əlaqədən həzz alırsa, onda həmin qadın bir sıra xarakterik simptomlara əsasən uşaqlıq yolunda quruluğun olmasını asanlıqla  təxmin edə bilər.
Aralıq nahiyəsində qaşınma və yanma hissinin olması. Bu qeyri-spesifik simptom olub, müxtəlif ginekoloji xəstəliklər zamanı da uşaqlıq yolunun quruluğu ilə yanaşı müşayiət oluna bilər.  
Diskomfort və cinsi əlaqə zamanı ağrı hissinin olması. Belə bir vəziyyətdə həzzin ən üst səviyyəsinə çatmaq praktik olaraq mümkün deyil.  
Menstrual sikldənkənar qanaxma. Spesifik simptom hesab olunmur, hətta ginekoloji orqanlarda yarana biləcək şişlərdən xəbər verə bilər, buna görə dərhal həkimə müraciət etmək lazımdır.
Cinsi həvəsin olmaması. Keçmişdə yaşanan mənfi təcrübə qadını müxtəlif bəhanələr gətirərək,  partnyoru ilə cinsi əlaqəyə girməkdən imtina etməyə məcbur edir.  Çox vaxt qadınlar cinsi həvəsin olmamasının uşaqlıq yolunun quruluğu ilə əlaqəli olduğunu anlaya bilmir.
Normal sidiyə getmədə yaranan pozğunluqlar. Əgər aralığın selikli qişası quru və iltihablıdırsa, onda sidiyə getmə zamanı diskomfort yarana bilər.
            UŞAQLIQ YOLUNUN QURULUĞUNUN PROFİLAKTİKASI ÜÇÜN NƏYİ BİLMƏLİYİK
Heç kim zəmanət verə bilməz ki, yaş ötdükcə siz bu problemlə üzləşməyəcəksiniz, amma bu məqamı  hər vaxt təxirə salmaq mümkündür. Uşaqlıq yolunda sürtkü çatışmazlığının bir maneəyə çevrilməməsi üçün aşağıdakı profilaktik tədbirlərə riayət edilməlidir:
Sidik-cinsiyyət sisteminin yanaşı xəstəliklərindən vaxtında qurtulmaq.
Əgər əvəzləyici hormonal terapiyanın aparılması tələb olunursa, müalicəyə laqeyd yanaşmamaq.
İstifadə etdiyiniz kosmetik və gigiyenik məhsulların tərkibi ilə diqqətlə tanış olmaq, allergenlərdən uzaq olmaq.
Qida rasionuna qadın orqanizminə faydalı təsir göstərən polidoymamış omeqa-3 yağ turşularını daxil etmək.
Bol maye - su içmək.
Sevdiyiniz partnyorunuzla sekslə məşqul olmaq.
Uşaqlıq yolunun quruluğu problemi olan qadınlar tərkibində nəmləndirici xüsusiyyətə malik olan təbii vaginal vasitələrdən istifadə edə bilər. Bu cür vasitələr uşaqlıq yolunun uzunmüddətli nəmlənməsini təmin edir, quruluğu effektiv aradan qaldırır, uşaqlıq yolundakı mikrotravma və çatların sağalmasını stimullaşdırır. Həmçinin bu cür vasitələr toxumaları bakteriya və infeksiyalardan müdafiə edən, təbii baryer rolunu oynayır. Zədələnmiş toxumaların çapıqlaşmasının qarşısını alır. Bu vəziyyətlər üçün apteklərdə müxtəlif vaginal vasitələr vardır. Hətta daha gigiyenik olması baxımından, birdəfəlik istifadə olunan vasitələr də mövcuddur. Onlar gigiyena cəhətdən rahatlıqdan əlavə, çantanızda daşımaq üçün də əlverişlidir. Eyni zamanda siz bir neçə ədəd gündəlik doz vaginal vasitədən alıb, sizə nə dərəcədə uyğun olub olmamasına da baxa bilərsiniz. Bu daha ekonomik olacaqdır.
Əziz qadınlar, siz  hər yaşda sağlamlıqdan və cinsi əlaqədən (seksdən) zövq ala və parlaq cinsi həyat qura bilərsiniz. İmkan verməyin ki, uşaqlıq yolunun quruluğu sizi bundan məhrum etsin!
Materialda əks olunmus məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir. Materiallardan istifadə olunduqda www.00000 saytına istinad olunma mütləqdir.
Oxuduğunuz məqalənin əsas mövzusu olan xəstəliklərlə yanaşı müxtəlif xəstəliklərə qarşı effektiv və təsirli bir mübarizə üçün yüksək keyfiyyətli dərmanlar, təbii dərmanlar, kosmetik və gigiyena məhsulları, uşaq qidaları və tibbi ləvazimatlar üçün *7700 ilə əlaqə saxlayaraq axtardığınız dərmanları pulsuz çatdırılma ilə əldə edə bilərsiniz.
Sifariş üçün:
+99455 251 77 00 (WhatsApp) nömrəsinə yaza, və ya * 7700 ilə əlaqə saxlaya bilərsiniz.
Mobil tətbiq aptekonline.az.
Mobil tətbiqi buradan yükləyin:
aptekonline.az/qr /news.milli.az

Dostlarınla Paylaş

Qadın əminliyi və Komfort! - Maraqlı məlumatı oxu


Qadın əminliyi və Komfort!, maraqlı, məlumatlar, info, sağlamlıq, mətbəx, qadın dünyası, şirniyyatlar, oxu, reseptlər, xeberler, sağlam ol, xanımlar, sağlam qida, ailə, uşaq, gözəllik, moda, azerbaycan, android, axtar, yeni, Qadın əminliyi və Komfort!, yukle

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri

Whatsapp Plus indir, Instagram Plus indir, Bedava Indir, Bedava video, Youtube Plus indir, indir, hd mp4, 3gp, Porno indir, bedava site,sarki sozleri, bedava mp3 indir, Azerbaycan Kinoları, Turk Kinoları, Xarici Kinolar, Cizgi Filmler, Bozbaş Pictures, Azeri Klipleri, Turk Klipleri, Xarici Klipler, Show Biznes, Qarışıq Videolar

Saytda 128 nəfər
Tatli.Biz
xml | xml2 | html | ror | wiki
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2021