Qadınlarda cinsi əlaqə zamanı ağrıların səbəbləri

Qadınlarda cinsi əlaqə zamanı ağrıların səbəbləri


Hər gün yeni maraqlı məlumatlar əlavə olunur

Qadınlarda cinsi əlaqə zamanı ağrıların səbəbləri

Qadınlarda cinsi əlaqə zamanı ağrıların səbəbləri
İntim həyat hər bir cütlüyün münasibətlərinin əsas cəhətlərindən biridir. Lakin bəzən bu proses qadınlarda şiddətli ağrılara səbəb olur və bu da onların seksdən həzz almasına imkan vermir.
Tatli.Biz publika.az-a istinadən xəbər verir ki, bu sözləri ginekoloq Viktoriya Dementyeva Passion.ru portalına müsahibəsində deyib. Həkim intim əlaqədə meydana çıxan xoşagəlməz hisslərin səbəblərini açıqlayıb.
"Cinsi əlaqə zamanı ağrılar endometriozun əlamətlərindən biri ola bilər. Bu vəziyyətdə, qadınlar bir qayda olaraq, menstrual ağrı da daxil olmaqla kəskin ağrılardan şikayətlənirlər. Genital anomaliyaların bəzi formaları həm menstrual ağrı, həm də disparuniya ilə (Disparuniya cinsi əlaqə zamanı yaranan ağrı ilə xarakterizə olunan cinsi disfunksiyadır red.) müşayiət olunur", - mütəxəssis izah edib.
Dementyeva izah edib ki, cinsi əlaqə zamanı ağrıların səbəbi çanaq orqanlarının iltihabi xəstəlikləri ola bilər. Tsiklin ortasında, adətən ovulyasiya zamanı narahatlıq hiss olunur, lakin zamanla yox olur. Eyni zamanda, həkim ağrının heç də həmişə xəstəliyə işarə etmədiyini vurğulayıb. Məsələn, cinsi əlaqənin başlanğıcındakı narahatlıq vaginal qişanın quruluğunu göstərə bilər və bu problem xüsusi intim gellərlə asanlıqla düzəldilə bilər.
Sonda ginekoloq yuxarıda qeyd olunan xəstəliklərin qarşısının alınmasına diqqət yetirməyi tövsiyə edib. Bunun üçün mütəmadi olaraq həkimə müraciət etməli və onun tövsiyələrinə əməl etməlisiniz.
Tatli.Biz

Dostlarınla Paylaş

Saytda 81 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023