Qan xərçənginin ilk simptomları - baş ağrıları, başgicəllənməsi...

Qan xərçənginin ilk simptomları - baş ağrıları, başgicəllənməsi...


Hər gün yeni maraqlı məlumatlar əlavə olunur

Qan xərçənginin ilk simptomları - baş ağrıları, başgicəllənməsi...

Qan xərçənginin ilk simptomları - baş ağrıları, başgicəllənməsi...
Qan xərçənginin dəqiq səbəbi məlum deyil. Lakin alimlər qan xərçənginin bəzi risk faktorlarını qeyd edirlər.
Bu faktorlar arasında bunlardır: radiasiya, tez-tez ziyanlı kimyəvi maddələrlə təmasda olmaq (məsələn, kimyəvi istehsalatda işləmək), sefalosporin və penisillin tərkibli antibiotiklərdən nəzarətsiz istifadə, virus və infeksiyaların təsiri, irsi faktor.
Qan xərçəngi bir çox digər xərçəng xəstəlikləri kimi uzun müddət ərzində gizli inkişaf edə bilir ki, nəticədə qiymətli vaxt itkisi baş verir, xəstənin vəziyyəti və xəstəliyin proqnozu pisləşir.
Nəzərə almaq lazımdır ki, qan xərçəngindən heç kim sığortalanmayıb və bu xərçəng növü istənilən yaşda - həm uşaq, həm də böyüklərdə inkişaf edə bilər.
Bunları nəzərə alaraq qan xərçənginin simptomlarını bilmək çox vacibdir.
Tatli.Biz saglamolun.az-a istinadən bildirir ki, rusiyalı onkoloq Roman Temnikov qan xərçənginin ən ilkin simptomlarını açıqlayıb. Həkimin sözlərinə görə, bu baş ağrıları və baş gicəllənməsidir. Digər simptomlar arasında iştahasızlıq, qızdırmanın səbəbsiz qalxması, halsızlıq və yorğunluq, tez-tez təkrarlanan infeksiyalar, kəskin araqlıma kimi simptomlardır.
Xəstəlik inkişaf etdikcə xəstədə taxikardiya, dəridə göyərmələr, dodaq və dırnaqların göyərməsi, bayılmalar, qıcolmalar, yaraların gec sağalması, oynaq və sümüklərdə ağrılar əmələ gəlir.
Tatli.Biz

Dostlarınla Paylaş

Saytda 168 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024