Qanda dəmir çatışmazlığı nəylə təzahür edə bilər və nə etməli?

Qanda dəmir çatışmazlığı nəylə təzahür edə bilər və nə etməli?


Hər gün yeni maraqlı məlumatlar əlavə olunur

Qanda dəmir çatışmazlığı nəylə təzahür edə bilər və nə etməli?

Qanda dəmir çatışmazlığı nəylə təzahür edə bilər və nə etməli?
Qanda dəmir çatışmazlığı özünü yuxululuq, pis əhval-ruhiyyə, halsızlıq və başgicəllənmə ilə göstərə bilər. Eyni zamanda, hemoqlobin çatışmazlığı immuniteti azaldaraq, zəifliyə, iş qabiliyyətinin aşağı düşməsinə səbəb ola bilər. Qanda dəmiri bərpa etmək məsələsində əsas vasitə kimi ət qeyd edilir.
Tatli.Biz deyerler.org-a istinadən bildirir ki, heyvan mənşəli zülallar qan hüceyrələrinin bərpa edilməsinə kömək edir. Qanda normal hemoqlobin səviyyəsini qorumaq üçün 50 qram ət (mal əti, dana, qaraciyər, dil) kifayətdir və onu artırmaq üçün gündə ən az 100 qram yemək lazımdır. Yüksək miqdarda dəmir quş ətində və dəniz məhsullarında olur. Nar, göyərti, dənli bitkilər, göbələk, kakao, küncüt çoxlu miqdarda dəmir ehtiva edir. Dəmirin orqanizm tərəfindən yaxşı sovrulması üçün C vitamini və turş şirələr müsbət rol oynayır, çay və qəhvə isə əksinə, buna mane olur. Hemoqlobin səviyyəsinin yüksəldən başqa faydalı vasitə kök şirəsidir. Gündə 300-400 ml kök şirəsi içmək faydalı ola bilər. Kök suyunu bərabər nisbətdə çuğundur suyu və bal ilə qarışdıraraq, gündə üç dəfə bir neçə qurtum içmək olar.
Tatli.Biz

Dostlarınla Paylaş

Saytda 100 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023