Qara ciyər və öddaşı xəstələrinin pəhriz stolu

Qara ciyər və öddaşı xəstələrinin pəhriz stolu


Hər gün yeni maraqlı məlumatlar əlavə olunur

Qara ciyər və öddaşı xəstələrinin pəhriz stolu

Qara ciyər və öddaşı xəstələrinin pəhriz stolu
Qaraciyər və öddaşı xəstələrinin pəhriz stoluna aşağıdakı xəstəlikləri olanlar əməl etməlidirlər:
* xroniki hepatit
* kəskin hepatit
* xolisistit
* qara ciyərin sirrozu
* öddaşı xəstəliyi
Bu pəhriz stolunun məqsədi qara ciyərin və öd kisəsini fəaliyyətini bərpa eləmək, öd yollarının fəaliyyətini yaxşılaşdırmaq və öd axınını normallaşdırmaqdan ibarətdir.
Qaraciyər və öd kisəsində problemləri olan xəstələrin öz qida rasionları olmalıdır. Onların qidalarında karbohidratlar, zülüllar və təbii yağlar normadan artıq olmalı deyil. Qaraciyər və öd kisəsində xəstəliyi olan adamlara
- həddindən artıq yağlı
- qızardılmış
- efir yağları ilə zəngin
- turşuya qoyulmuş
- tərkibində yağ olan meyvələr
- hisə verilmiş qidalar yemək olmaz.
Onları qidasını
- meyvə və tərəvəzlər
- yağsız ət
- balıq məhsulları
- yağsız kəsmik
- toyuq və sairə təşkil etməlidir.
Ət məhsullarını yağsız və suda bişmiş halda hazırlamalı, soyuq yemək, soyuq içki, təzə bişirilmiş çörək, yağlı qoyun əti, peraşki, sintetik yağlarda bişirilən qidalar, ətli suplar, doğramac, konserv məmulatları, yağlı süd, yağlı pendir, qayğanaq, soyutma yumurta, şokolad, dondurma, hazırlanmış kremlər, kakao, tünd çay, soyuq içkilərdəm imtina etməlidir.
Tatli.Biz

Dostlarınla Paylaş

Saytda 56 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023