Qara nöqtələrə qarşı maska


Hər gün yeni maraqlı məlumatlar əlavə olunur

Qara nöqtələrə qarşı maska

Qara nöqtələrə qarşı maska
Üz dərisində yaranan problemlərdən biri də qara nöqtələrdir.
Tatli.Biz Axşam.az-a istinadən xəbər verir ki, ev şəraitində qara nöqtələrdən qurtulmaq üçün limonlu və badam yağlı maskanı təqdim edir.
Tərkibi:
1 yemək qaşığı limon suyu
1 yemək qaşığı bal
1 yemək qaşığı badam yağı
2 yemək qaşığı süd
İstifadə qaydası
Tələb olunanları qabda qarışdırın. Məhlulu qara nöqtələr və səpkilər olan hissəyə vurub 20 dəqiqə gözləyin. Bu vaxt ərzində günəş şüası qəbul etməyin. Daha sonra isə üzünüzü ilıq su ilə durulayın. Bu maskanı ard-arda 5-7 gün istifadə edin. 4-5 gün ara verərək yenidən təkrarlaya bilərsiniz.
Tatli.Biz

Dostlarınızla Paylaş

Saytda 193 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2026