Qastritin xərçəngə çevrildiyini göstərən əlamət - Onkoloqdan XƏBƏRDARLIQ

Qastritin xərçəngə çevrildiyini göstərən əlamət - Onkoloqdan XƏBƏRDARLIQ


Hər gün yeni maraqlı məlumatlar əlavə olunur

Qastritin xərçəngə çevrildiyini göstərən əlamət - Onkoloqdan XƏBƏRDARLIQ

Qastritin xərçəngə çevrildiyini göstərən əlamət - Onkoloqdan XƏBƏRDARLIQ
Mədəsində qastrit olmayan insan az tapılar. Çox zaman qastrit getdikcə dərinləşir, yayılır.
Rusiyalı onkoloq Olqa Jeludkova qastritin xərçəngə çevrildiyini göstərən ilkin əlamətləri açıqlayıb.
"Əgər insan kəskin arıqlayırsa, heç nəyə iştahası yoxdursa, qusma baş verirsə, bununla belə mədəsində ağrı olmasa da, o illər əvvəl qastrit olduğunu bilirsə, mütləq əlavə yoxlamalar lazımdır. Mədədə xərçəngin ən ideal müayinəsi qastroskopiyadır".
Orqanizmdə olan istənilən xroniki iltihabi ocaq xərçəngin riskini artırır. Bu, o cümlədən, xroniki qastritə də aiddir.
"Qastriti və mədəsində ağrısı olan insan illərlə buna öyrəşir, buna əhəmiyyət vermir. Sonra birdən ağrı kəsə bilər. Bu sağalmağın göstəricisi deyil, əksinə xərçəngin inkişafına işarə edə  bilər.
35 yaşdan yuxarı hər kəs 2-3 ildən bir qastroskopiya olunub, mədəsinin vəziyyətini öyrənməlidir".
Tatli.Biz

Dostlarınla Paylaş

Saytda 183 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024