Qidalara vurulan bu rəng xərçəng yaradır

Qidalara vurulan bu rəng xərçəng yaradır


Hər gün yeni maraqlı məlumatlar əlavə olunur

Qidalara vurulan bu rəng xərçəng yaradır

Qidalara vurulan bu rəng xərçəng yaradır
E171 etiketli süni boya olan titan dioksid artıq təhlükəsiz hesab edilmir.
Tatli.Biz medicina.az-a istinadən bildirir ki, bununla bağlı Avropa Qida Təhlükəsizliyi Agentliyinin (EFSA) alimləri xəbərdarlıq ediblər.
EFSA Qrupunun prezidenti Majed Younes deyib, "Mövcud bütün elmi araşdırmalara və məlumatlara əsaslanaraq qrupun titan dioksidin pəhriz əlavəsi kimi təhlükəsiz hesab edilə bilməyəcəyi qənaətinə gəlmişəm"
Mütəxəssisin fikrincə, elm adamları bu maddənin genotoksikliyini, yəni DNT-yə zərər vermə qabiliyyətini istisna etmirlər. Titan dioksidin hüceyrələrdə yığılması və xərçəngə səbəb olması mümkündür.
Qeyd edək ki, məşhur boya E171 qida sənayesində istifadə olunur. Bunun sayəsində məhsullar cəlbedici görünür və vitrin ömrü uzanır. Kosmetikalarn, boyaların və dərmanların tərkibinə əlavə edilir.
Tatli.Biz

Dostlarınla Paylaş

Saytda 102 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023