Qırtlaq xərçəngi

Qırtlaq xərçəngi


Hər gün yeni maraqlı məlumatlar əlavə olunur

Qırtlaq xərçəngi

Qırtlaq xərçəngi
Qırtlaq xərçəngi qırtlağın və udlağın selikli qişasında yaranır, ətraf toxumaların selikli qişasına və toxumalarına yayılır.
Yaranmasında risk faktorları aşağıdakılardır:
- alkoqoldan istifdə etmək
- siqaret çəkmək.
- yaş
Klinikada əsas rolu şişin hansı nahiyədə lokalizasiyası tutur. Lokalizasiyasına görə 3 yerə bölünür:
- qirtlağin yuxarı hissəsinin şişi
- qirtlağin orta hissəsinin şişi
- qirtlağin aşağı hissəsinin şişi
Şiş adətən siqaret çəkənlərdə müşahidə olunur. Həmçinin xroniki laringiti olub müalicəsi yaxşı olunmayan və leykoplagiyası olan xəstələrdə müşahidə olunur.
Qırtlaq xərçənginin ilkin əlaməti adi soyuqdəymə əlamətləridir. Buna görə xəstələrin diaqnostikası gecikir. İlkin əlamətlər:
- requlyar qırtlaq ağrıları.
- udqunmanın çətinləşməsi.
- boyun nahiyəsində şiş
- səsin dəyişilməsi.
- ağ ərp.
- qırtlaq daxilində yaranın olması.
- qırtlaq nahiyəsində qıcıqlandırıcı ağrı.
- yüksək çəki itkisi.
- xroniki davamlı öskürək.
- qulaqda tutmaşəkilli ağrı.
Gec yaranan simptomlar bunlardır:
- sağlamlığın pozulması nəticəsində tək qirtlaqda ağrılar olmur, bu zaman dişlərdə də ağrılar olur və dişlər tökülür.
- Şişin qırtlağın orta hissəsində yerləşirsə səs tellərinin sıxılması nəticəsində səs tembri zəifləyir, xırıltılı olur.
- Şişin qırtlağın aşağı hissəsində yerləşirsə boğazda yad cism hissi olur, təngnəfəslik inişaf edir, udqunma ağrılı olur.
Histoloji olaraq əsasən sıxhüceyrəli şiş inkişaf edir.
İnkişaf etmiş mərhələlərdə səbəbsiz zəiflik, ağızdan qoxunun gəlməsi və ətraf limfa düyünlərinin şişməsi müşahidə olunur.
Tatli.Biz

Dostlarınla Paylaş

Saytda 78 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024