Qız uşaqlarına sırğa taxmaq: Nələr məsləhət görülmür?

Qız uşaqlarına sırğa taxmaq: Nələr məsləhət görülmür?


Hər gün yeni maraqlı məlumatlar əlavə olunur

Qız uşaqlarına sırğa taxmaq: Nələr məsləhət görülmür?

Qız uşaqlarına sırğa taxmaq: Nələr məsləhət görülmür?
Qız uşaqlarına hələ lap kiçik vaxtlarından sırğa taxılır. Bəzən bu uşaq doğulandan sonrakı aylarda edilir. Bəzən isə yaşın tamam olmasını gözləyirlər. Əslində, bu, nə zaman olmalıdır? Bu məsələdə uşağın yaşı nəzərə alınmalıdırmı? Sırğa taxılması ilə bağlı başqa nələrə diqqət olunmalıdır?
Tatli.Biz e-tibb.az-a istinadən pediatr, uzman həkim Ülvi Əliyevin bununla bağlı hazırladığı materialı təqdim edir:
Qız uşaqlarının qulağına sırğa taxmaq xalqımızın adətlərindəndir. Əvvəllər bu işi nənələr yerinə yetirirdi. Küllə, buzla qulaq ovuşdurulub (dezinfeksiya mənasında - red.) isidilmiş iynə ılə deşib sap keçirib, bağlayır, hər gün sapı "çevirir", sağaldıqdan sonra isə sırğanı taxırdılar.
Uşağın qulağını nə vaxt deşmək lazımdır? Bunun bəlli bir vaxtı yoxdur. Kiçik yaşda qulaq toxuması daha zərif olduğu üçün bunun ilk aylarda edilməsini məsləhət görənlər də var, peyvəndlərin tamamlanıb infeksiyalara qarşı dözümlüyün yarandığı 2 yaşda tövsiyə edənlər də. 2-6 yaş arası psixoloji travma yaşada biləcəyi nəzərdə tutulmalıdır. Hər yaşda etmək olar.
Aptek və tibb müəssisələrində steril şəraitdə olunması lazımdır. Ara yerlərdə həm yerli (sellülit, xondrit), həm də ümumi (HİV,hepatit B,C və s) yoluxa bilər.
Deşilən gün çimdirmək məsləhət görülmür. Sırğa qızıl, gümüş olmalı, nikel və digər allergiya yaradan metallardan olmamalıdır. Təkqaşlı olmalıdır ki, uşaq əlilə və ya yatarkən ilişib dartıb qulağı qoparmasın.
Ağrı olmaması üçün ağrıkəsici kremlər işlətmək olar, qızartı olduğu zaman həkimə xəbər verilməlidir. Bu bölgənin qığırdaq iltihabları çox ağır keçir. Ona görə də klassik yer olan sırğalıqdan başqa seriyalı pirsinqlər (industrial, tragus, daith və s.) uşaqlarda məsləhət görülmür.
Tarixi mənbələr Şumerdən başlayaraq bu adətin mövcud olduğunu göstərmişdir...
Tatli.Biz

Dostlarınla Paylaş

Saytda 97 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023