Qocalıq nədir?
Tatli.Biz

Qocalıq nədir?


Hər gün yeni maraqlı məlumatlar əlavə olunur

Qocalıq nədir?

Qocalıq nədir?
Qocalıq orqanizmin yaşa dolmasının labüd nəticəsi olub, fərdi inkişafın son mərhələsini təşkil edir. Qocalma dedikdə orqanizmin xarici mühit şəraitinə uyğunlaşma qabiliyyətinin yaşla əlaqədar olan zəifləməsi nəzərdə tutulur. Qocalığın mahiyyətini, qocalmış orqanizmin fizioloji və pisixi fəaliyyət xüsusiyyətlərini və qocalığın ictimai problemlərini öyrənən elm sahəsinə gerontologiya deyilir.
Gerontologiya qocalıq dövrü xəstəliklərini və onların müalicə-profilaktikası ilə əlaqədar problemləri öyrənir.
Qocalmanın əsasını orqanizmin morfoloji, biokimyəvi, funksional və psixi dəyişiklikləri təşkil edir. Hər bir orqanizm həyatı boyu ərzində molekul, hüceyrə və toxuma, orqan və sistem, həmçinin ümumi orqanizm səviyyəsində bir sıra dəyişikliyə uğrayır. Qocalma özünü 2 əsas xüsusiyyətlə göstərir:
1. Orqanizmin ətraf mühitə uyğunlaşması zəifləyir.
2. Yaş artdıqca ölüm ehtimalı da artır.
Qocalma orqanizmin morfoloji və funksional xassələrinin qanunauyğun surətdə dəyişilməsi ilə müşayİət olunur. Belə ki, insan yaşa dolduqca onun xarici görünüşündə, psixikasında və davranış tərzində dəyişikliklər baş verir. Qocalıq dövründə ümumi orqanizm səviyyəsində olan dəyişikliklərə aiddir:
- bədən ölçülərinin kiçilməsi
- çəkinin azalması
- daxili orqanların geriyə inkişafı
- dərialtı piy təbəqəsinin atrofiyası.
Qocalma zamanı dəri elastikliyini itirir, gözlərin parlaqlığı azalır, əzələlər atrofiyalaşır, dəri qırışır. 50 yaşdan sonra insanların toxumalarında olan kapilyarların sayı azalır, arteriya damarlarının elastikliyi itir, damarların keçiriciliyi azalır.
Yaş artdıqca ürək əzələsi də atrofiyaya uğrayır, onun kütləsi azalır, ürək boşluqları böyüyür.
Qocalığa doğru yaxınlaşdıqca sümük sistemi, həzm sistemi, böyrəklər
də dəyişikliyə uğrayır.
Sinir sisteminin bütün hüceyrələrində qocalma eyni sürətlə baş verir.

Dostlarınla Paylaş

Qocalıq nədir? - Maraqlı məlumatı oxu


Qocalıq nədir?, maraqlı, məlumatlar, info, sağlamlıq, mətbəx, qadın dünyası, şirniyyatlar, oxu, reseptlər, xeberler, sağlam ol, xanımlar, sağlam qida, ailə, uşaq, gözəllik, moda, azerbaycan, android, axtar, yeni, Qocalıq nədir?, yukle

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri

Sevgi Smsleri, Dostluq Smsleri, Tebrik Smsleri, Ayrılıq Smsleri, Ad Gunu Smsleri,Prikol Smsler, Turkce Smsler, Qarışıq Smsler, Letifeler, Xoruz ili Haqqında, Ulduzlar bu ilə nə deyir?, Xoruz ilində bizi nə gozləyir?, 2021-ci ildə nə gətirəcək?, Bu ildə doġulan insanların xasiyyətləri, Bu ildə doġulan insanların xarakterləri, Bu ildə doġulan insanların xususiyyətləri, Xoruz ilinə dair Mayya qoroskopu, Xoruz ilində bu burclər Varlanacaq, Xoruz ilində doġulan məşhurlar

Saytda 145 nəfər
Tatli.Biz
xml | xml2 | html | ror | wiki
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2021