Qocalmanı bu prosedurla da ləngitmək olur

Qocalmanı bu prosedurla da ləngitmək olur


Hər gün yeni maraqlı məlumatlar əlavə olunur

Qocalmanı bu prosedurla da ləngitmək olur

Qocalmanı bu prosedurla da ləngitmək olur
İnsanın yaşlanmasını ləngitmək mümkündür.
Tatli.Biz e-tibb.az-a istinadən xəbər verir ki, İsraildən olan alimlər apardıqları tədqiqatdan sonra bu qənaətə gəliblər. İsrailin bir neçə elmi mərkəzinin tədqiqatçıları, insanın immun hüceyrələrinin qocalma prosesini yavaşlatmaqla bağlı araşdırma aparıblar.
Yaşlanmanın əsas xüsusiyyəti fizioloji qabiliyyətlərin getdikcə azalması, itkisi hesab olunur. Hüceyrə səviyyəsində bu prosesin iki əsas xüsusiyyəti - telomerin qısalması (TL) və hüceyrə yaşlanması hesab olunur. Alimlərin fikrincə, hiperbarik oksigen terapiyası (HBO) prosedurları yaşlanma zamanı bərpaedici təsirə səbəb olur. Bu, xüsusi otaqlarda təzyiq altında təmiz oksigenlə nəfəs almanı əhatə edən bir metoddur. Bu terapiya telomerləri uzadır və zədələnmiş hüceyrələrdən qurtulmaq üçün bədənin işini gücləndirir.
Təcrübədə 64 və yuxarı yaşda olan 30 nəfər iştirak edib, lakin texniki səbəblərən 16 könüllünün nəticələri nəzərə alınıb. İştirakçılar 60 günlük HBO seanslarından keçirilib. Terapiyaya başlamazdan əvvəl, 30-cu və 60-cı seanslarda və tamamlandıqdan bir-iki həftə sonra, onlardan qan nümunələri götürülüb, buna görə tədqiqatçılar immun hüceyrələrin telomer uzunluğunu və yaşlanma əlamətlərini qiymətləndiriblər.
Nəticələr T-köməkçi hüceyrələrin, T-sitotoksik hüceyrələrin, "təbii qatil" hüceyrələrin və B hüceyrələrin telomer uzunluğunun terapiyadan sonra 20 faizdən çox artdığını göstərib. Ən böyük dəyişikliklər B hüceyrələrində qeyd edilib - bütün prosedurlardan sonra telomerlərin uzunluğu 37 faiz artıb. Yaşlanan T-köməkçi hüceyrələrin sayı 37,3, T-sitotoksik linfositlərin sayı 10 faiz azalıb.
Tatli.Biz 

Dostlarınla Paylaş

Saytda 61 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024