Qocalmanı sürətləndirən qidalar - Uzaq DURUN

Qocalmanı sürətləndirən qidalar - Uzaq DURUN


Hər gün yeni maraqlı məlumatlar əlavə olunur

Qocalmanı sürətləndirən qidalar - Uzaq DURUN

Qocalmanı sürətləndirən qidalar - Uzaq DURUN
Qastroenteroloq Yekaterina Sitnikova xəbərdarlıq edib ki, qırmızı ət və qazlı içkilər xərçəngə tutulma riskini artırır, həmçinin orqanizmin qocalmasını sürətləndirir.
Tatli.Biz lent.az-a istinadən bildirir ki, Sitnikova qocalmanı sürətləndirən məşhur qidalardan biri kimi qırmızı ətin adını çəkib. Həkimin sözlərinə görə, onun tərkibində hüceyrənin zədələnməsinə səbəb olan doymuş yağ turşuları, xolesterin və çoxlu miqdarda duz var. Bundan əlavə, qırmızı ət bişərkən DNT-ni zədələyən və qocalmağa səbəb olan kanserogen maddələr buraxa bilər.
"Qırmızı ətin həddindən artıq istehlakı çox vaxt ürək-damar xəstəlikləri və xərçəng riskinin artması ilə əlaqələndirilir. Bir sıra bağırsaq xəstəlikləri də qismən gündəlik qida rasionunda ət məhsullarının payının artması və bitki komponentlərinin (lif) azalması ilə əlaqələndirilir", - Sitnikova bildirib. Bu məhsulun əvəzinə o, balıq, qoz-fındıq, paxlalılar və ya quş əti kimi digər protein mənbələri yeməyi tövsiyə edib.
Qastroenteroloq həmçinin qazlı içkilər içərkən ehtiyatlı olmağa çağırıb, çünki onların tərkibində çoxlu miqdarda şəkər var. Pəhrizdə onun artıq olması piylənmə və şəkərli diabet riskini artırır ki, bu da son nəticədə qocalmanı sürətləndirir. O xatırladıb ki, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən, şəkər ümumi qəbul edilən kalorinin on faizindən çoxunu təşkil etməməlidir.
Tatli.Biz
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Dostlarınla Paylaş

Saytda 81 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023