Qorxulu qurd xəstəliyi - Trixinelloz
Tatli.Biz

Qorxulu qurd xəstəliyi - Trixinelloz


Hər gün yeni maraqlı məlumatlar əlavə olunur

Qorxulu qurd xəstəliyi - Trixinelloz

Qorxulu qurd xəstəliyi - Trixinelloz
Trixinelloz ən təhlükəli parazit xəstəliklərindən hesab edilir.Xəstəliyə hər tərəfdə rast gəlinir.İlk dəfə trixinella süfrəsini C.Pecet meyidin əzələləri arasında tapılmışdır.
Xəstəliyin törədicisi Trichinelladır. Dişi parazit 1-3,erkək parazit isə 1-2 mm uzunluqda olur.Parazitin cinsi yetişkən forması nazik bağırsağın selikli qişasında yaşayır. Erkək parazit dişini mayalandırdıqdan sonra ölür. Dişi trixinella 3-4 həftə,bəzən isə 4-5 həftə yaşayır. Bir parazit 100 minlərlə gənc trixonellaların əmələ gəlməsinə səbəb olur.Parazitin sürfələri qan və limfa vasitəsilə orqanizmə yayılaraq eninəzolaqlı əzələlərin sarkolemması altına giri qalır və orada yaşayır.
Trixinelloz orqanizmdə aşağıdakı xəstəliklərin əmələ gəlməsinə səbəb olur:
- qızdırma
- əzələ ağrıları
- üzün şişkinləşməsi
- dəri səpgiləri
- eosinofiliya
- ağ ciyərlərin zədələnməsi
- miokardın zədələnməsi
- mərkəzi sinir sistemində pozğunluqlar
Parazitin ən qorxulu xüsusiyyəti onun kapsullaşıb 10-40 il müddətində orqanizmdə diri qala bilməsidir.
Xəstəlik vəhşi heyvanlardan ev heyvanlarına,onlardan da insanlara yoluxur.
Xəstəliyin ağır forması yüksək qızdırma,ishal,ürək bulanma ilə başlayır.Xəstənin üzü və boyun bölgəsi şişir,əzələ ağrıları və konyuktivit müşahidə edilir.Xəstəlik eritrositlərin çökməsi,tromboz əlamətlərinin artması və trombohemorragik sindromla müşahidə edilir.
Xəstəliyə diaqnozun qoyulmasında əzələnin biopsiyasının nəticələri əsas rol oynayır.
Xəstəliyin müalicəsi antihistamin preparatlar,kalsium duzları,analgetiklər və C vitamini ilə aparılır.Xəstəyə mebendazol(vermox) və tiabendazol təyin edilir.Müalicə xəstəliyin erkən dövrlərində başladıqda daha effektli olur.Müalicə zamanı xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq xəstəyə ürək-damar preparatları,metobolizmi yaxşılaşdıran dərmanlar təyin edilir.

Dostlarınla Paylaş

Qorxulu qurd xəstəliyi - Trixinelloz - Maraqlı məlumatı oxu


Qorxulu qurd xəstəliyi - Trixinelloz, maraqlı, məlumatlar, info, sağlamlıq, mətbəx, qadın dünyası, şirniyyatlar, oxu, reseptlər, xeberler, sağlam ol, xanımlar, sağlam qida, ailə, uşaq, gözəllik, moda, azerbaycan, android, axtar, yeni, Qorxulu qurd xəstəliyi - Trixinelloz, yukle

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri

Yuxu Yozmaları, Burc-il Yoxla, Doġum gununu hesabla, Ideal cekini hesabla, Imtahan nəticələrini hesabla, Mətni Fərqli Yaz, X - O Oyunu, Dama Oyunu, Online Sehr, Youtube Video Yuklə, Online Hesablayıcı, Mp3 Məlumatını Dəyiş, Lazımlı Programlar, Silinmiş şəkillərin geri qaytarılması

Saytda 185 nəfər
Tatli.Biz
xml | xml2 | html | ror | wiki
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2021