Tatli.Biz

Qurmanların dadlı yeməyi - Əsl xəzinədır


Hər gün yeni maraqlı məlumatlar əlavə olunur

Qurmanların dadlı yeməyi - Əsl xəzinədır

Qurmanların dadlı yeməyi - Əsl xəzinədır
Yaz - hər bir insanın həyatında xüsusi bir dövrdür - orqanizmin özünü aktiv şəkildə yenilədiyi və bərpa etdiyi dövr.
Orqanizmi birbaşa yeniləyən və dəstəkləyən orqanlardan biri də qaraciyərdir. Qaraciyər - orqanizmin biyokimyəvi beynidir: qanın ümumi həcmi oradan keçənə qədər, qaraciyər bir neçə dəqiqə ərzində ən güclü və ən mükəmməl laboratoriya olaraq, orqanizm üçün həmin anda tələb olunan maddələri sintez edir və lazımsız maddələri parçalayır. Qan dövranından çıxarılan yağda həll olan tullantı maddələri bir yerə toplanaraq ödlə qarışır. Öd yalnız tullantı maddələrin xaric edilməsində yox, həzm prosesində də iştirak edir - mədəaltı vəzin ferment sistemini aktivləşdirir. Orqanizmin təmizlənməsi, detoksikasiyası ilə yanaşı qaraciyər orqanizm üçün həyati vacib maddələri (hormonlar, fermentlər və digər) sintez edir.
İlin fəsillər arasında keçid zamanı (payızdan qışa, qışdan yaza), həmçinin isti dövrdə (iyul-avqust) qaraciyər bizdən xüsusi dəstək gözləyir. Yaz dövrü /mart-may/ xüsusilə vacibdir. Bu vaxtı qaraciyər hüceyrələri - hepatositlər - şlaklardan və digər lazımsız maddələrdən aktiv şəkildə azad olunur.
Hələ qədim dövrlərdən ayurvedaçılar (uzunömürlülük elmi ilə məşğul olanlar) hepatoproteksiyaya (qaraciyərin qorunmasına) böyük əhəmiyyət verilir: hesab olunur ki, insanın sağlamlığı qaraciyərin sağlamlığından çox asılıdır. Bu gün müasir elm, tibbin bütün sahələri və cərəyanları qaraciyərin orqanizm üçün mücərrəd rol oynadığını, qaraciyərin yerinə yetirdiyi funksiyalar sayəsində  orqanizm üçün əvvəzsiz olduğunu təsdiq edirlər. Ən əsası isə qaraciyərin bizi qoruduğu kimi, bizim də qaraciyərin qayğısına qalmağımızı vacib sayırlar.
Qaraciyərin köməyə ehtiyacı olan əsas simptomlar: sağ qabırğaaltı nahiyədə ağırlıq hissi və ağrı; qarnın köpməsi, ağızda acılıq hissi, iştahanın pozulması, ürəkbulanma, qəbizlik, davamlı yorğunluq hissi, dəri problemləri. Bu simptomlardan bir neçəsini görürsünüzsə, deməli qaraciyərinizi təmizləməyə başlamağın vaxtı gəldi.
Qaraciyər sağlamlığını qorumaq üçün ilk addımlardan biri də qida rasionuna nəzarətdir: yağlı məhsulların çox olması, alkoqol, qızardılmış qidalar qaraciyərin sağlamlığına mənfi təsir göstərir. Qida qəbulu çox olmamalıdır, gündə 4-5 dəfə orta porsiyalarla yemək daha yaxşıdır. Bütün bu tədbirlər effektivdir, lakin həmişə kifayət qədər deyil. Bu səbəbdən bəzi hallarda qaraciyərin işini dəstəkləyən və zədələnmiş hüceyrələrin bərpasına kömək edən preparatlar qəbul etmək lazımdır.
Bu gün apteklərdə kifayət qədər preparat var. "Hepatoprotektorlar" qrupundan olan preparatlar bitki və sintetik preparatlara bölünür. Müxtəlif qruplardan və tərkiblərdən ibarət preparatlarla aparılan uzun müddətli araşdırmaların və tədqiqatların nəticələrinə əsasən mütəxəssislər belə bir nəticəyə gəliblər ki,  ən yaxşı hepatoprotektorlar - bitki mənşəlidir. Bir çox bitki mənşəli hepatoprotektorun tərkibində ənginar, fosfolipidlər, alaqanqal və digər sübut olunmuş maddələr vardır. Onlar bir birindən təsiredici maddənin miqdarı və orqanizmə təsiri ilə fərqlənirlər.
Bu bitkilər arasında yalnız ənginardır ki, uzun əsrlərdən bəri insanların qidasını təşkil edir. Qədim loğmanlar bütün xəstəliklər zamanı ənginar yeməyi tövsiyyə edirdilər. Çünki yalnız qaraciyər, öd kisəsi, mədəaltı vəzi, bağırsaq xəstəliklərində deyil, bütün xəstəliklər zamanı da qaraciyər orqanizmi təmizləmək funklisyasını yerinə yetirən zaman normadan artıq yüklənmiş olur. Və ənginar istifadə etməklə insanlar qaraciyəri qorumuş, bərpa etmiş və qaraciyərin fəaliyyətini yaxşılaşdırmış oluruq.
Bu gün ənginar yalnız qurmanların dadlı yeməyi deyil, həm də aktiv komponentlərin əsl xəzinəsi kimi tanınır! Ənginar -  orqanizmə çoxtərəfli təsir göstərən ideal təbii vasitədir: qaraciyəri sağaldır və bərpa edir, köp və qəbizlik zamanı, yağlı qidaları həzm etmək üçün ödün və həzm sisteminin işini yaxşılaşdırır; qan damarlarına müalicəvi təsir göstərir, qanda xolesterinin səviyyəsinin azalmasına kömək edir; böyrəkləri təmizləyir və onların fəaliyyətini stimullaşdırır; immun sistemini gücləndirməyə kömək edir və orqanizmin müqavimətini artırır; orqanizmin erkən yaşlanmasının qarşısını alır.
Heç də hamı ənginardan yeməklər hazırlamağı bilmir, bəziləri isə onun dadını da bəyənmir. Həmçinin ənginardan müalicəvi effekt əldə etmək üçün ondan gündəlik istifadə olunmalıdır. Reallıqda isə müasir dövrdə bu mümkün deyil. Bu səbəbdən tərkibində ənginar olan preparatlar istehsal olunur. Onlardan profilaktik və müalicəvi olaraq istifadə etmək olar. Sadəcə belə preparatlar seçən zaman ənginarın dozasına diqqət yetirməlisiniz ki, daha effektli və keyfiyyətli nəticə əldə edəsiniz.
Elə indi səhhətinizin qayğısına qalın!!!
        Materialda əks olunmus məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir.
Oxuduğunuz məqalənin əsas mövzusu olan xəstəliklərlə yanaşı müxtəlif xəstəliklərə qarşı effektiv və təsirli bir mübarizə üçün yüksək keyfiyyətli dərmanlar, təbii dərmanlar, kosmetik və gigiyena məhsulları, uşaq qidaları və tibbi ləvazimatlar üçün *7700 ilə əlaqə saxlayaraq axtardığınız dərmanları pulsuz çatdırılma ilə əldə edə bilərsiniz.
Sifariş üçün:
+99455 251 77 00 (WhatsApp) nömrəsinə yaza, və ya * 7700 ilə əlaqə saxlaya bilərsiniz.
Mobil tətbiq aptekonline.az.
Mobil tətbiqi buradan yükləyin:
aptekonline.az/qr /news.milli.az

Dostlarınla Paylaş

Qurmanların dadlı yeməyi - Əsl xəzinədır - Maraqlı məlumatı oxu


Qurmanların dadlı yeməyi - Əsl xəzinədır, maraqlı, məlumatlar, info, sağlamlıq, mətbəx, qadın dünyası, şirniyyatlar, oxu, reseptlər, xeberler, sağlam ol, xanımlar, sağlam qida, ailə, uşaq, gözəllik, moda, azerbaycan, android, axtar, yeni, Qurmanların dadlı yeməyi - Əsl xəzinədır, yukle

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri

Allah anlayışı, Allahın 99 adı, Din anlayışı, Quran haqqında, Secde haqqında, Iman anlayışı, Islam haqqında, Namaz haqqında, Oruc haqqında, Qiyamet haqqında, Resullar haqqında, Şehadet anlayışı, Hecc haqqında, Diriliş haqqında, Rukun haqqında, Ihsan haqqında, Meişet duaları, Feyyaz duası, Ferec duası, Ayetul duası, Olum haqqında, Qebir haqqında, Berzex anlayishi, Qebrden qalxmaq, Emel hesablama, Sirat korpusu, Behişt haqqında Sevgi Dunyasi, Islam Dini, Letifeler, Dahilerin Sozleri, Maraqli Hadiseler, Burcler Haqqinda, Vetenim, Toy Merasimi, Maraqli Hekayeler, Maraqli Melumatlar, Insanlari Tani

Saytda 147 nəfər
Tatli.Biz
MobTop.az
©Tatli.Biz 2010-2021