Saçların pis uzanmasının ən yayılmış səbəbləri

Saçların pis uzanmasının ən yayılmış səbəbləri


Hər gün yeni maraqlı məlumatlar əlavə olunur

Saçların pis uzanmasının ən yayılmış səbəbləri

Saçların pis uzanmasının ən yayılmış səbəbləri
Uzun və qalın saçlar hər qadının arzusudur. Lakin bəzən qadın saçlara bütün lazım olan qulluq etsə də saçları pis uzanır.
Bunun bəzi daxili və xarici səbəbləri ola bilər.
Tatli.Biz sizə bu səbəbləri ilə tanış edir:
1. Qanazlığı
Qadınlar arasında qanazlığı ən yayılmış pozulmalardan biridir. Əgər saçınız zəifdir və gec uzanırsa, qanda hemoqlobinin səviyyəsini yoxlayın.
2. Yuxunun az olması
Yuxu hormonu olan melatonin saçların uzanmasına təsir edir. İnsan az yatırsa saçların uzanması prosesi də ləngiyir.
3. Pəhrizlər, pis qidalanma
Balanslaşdırılmamış pəhrizlər və natamam qidalanma gözəl saçların əsas düşmənləridir. Saçınız pis uzanırsa qidalanmanızda yumurta, süd məhsulları, zeytun yağı, balıq, qoz-fındıq kimi məhsulların miqdarını artırın.
4. İrsiyyət
Maraqlıdır ki, irsiyyət də saçların uzunluğuna təsir edir. Qadın saçlarını uzatmaq  istəsə də onlar uzunluqda sanki "dayanır". Bəzi qadınlarda bu 40 sm, digərlərində 70 sm və bundan çox ola bilər.
5. Qalxanvari vəzi problemləri
Qalxanvari vəzinin fəaliyyətində pozulmalar saçların uzanmasına və vəziyyətinə ciddi təsir edir.
6. Saçların tez-tez kəsilməsi
Bəzi qadınlar belə hesab edir ki, saçların tez uzanması üçün onları hər ay bir qədər kəsdirmək lazımdır. Lakin bu yanlış fikirdir. Saçlar orta hesabla 1 ay ərzində 1-2 sm uzanır. Əgər siz saçınızı hər ay kəsdirirsinizsə, bu saçların uzanmasına mane olur. 
Tatli.Biz

Dostlarınla Paylaş

Saytda 0 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024