Sadə axşam "ritualları" - Arıqlamaq üçün bunları edin

Sadə axşam "ritualları" - Arıqlamaq üçün bunları edin


Hər gün yeni maraqlı məlumatlar əlavə olunur

Sadə axşam "ritualları" - Arıqlamaq üçün bunları edin

Sadə axşam
Dietoloqlar və qidalanma mütəxəssisləri arıqlama prosesini sağlamlığınızı qoruyaraq sürətləndirmək üçün yatmazdan əvvəl əməl etməli olduğunuz effektiv qaydaları açıqlayıb.
Tatli.Biz lent.az-a istinadən bildirir ki, mütəxəssislər bu vərdişlərin maddələr mübadiləsini sürətləndirməyə kömək etdiyini, artıq kalorilərin bel bölgənizdə əriməsini asanlaşdırdığını və daha sürətli arıqlamağa kömək etdiyini bildiriblər.
Nanə çayı için
Əgər yatmazdan əvvəl çay və ya kofe içməyə öyrəşmisinizsə, onları nanə çayı ilə əvəz etmək məsləhətdir. Nanə maddələr mübadiləsini və yağ yandırma prosesini sürətləndirmək qabiliyyəti ilə tanınır. Yatmadan əvvəl nanə çayı içmək arıqlama prosesinizi dəstəkləməkdə təsirli ola bilər. Çay və qəhvə isə yuxu dövrünüzü poza, maddələr mübadiləsini ləngidə bilər.
Yüngül şam yeməyi yeyin
Yatmadan əvvəl çox tərkibli, yağlı və çox şirin qidalar həzmi poza və çəki artımına kömək edə bilər. Axşam yeməyini yüngül saxlamağa çalışın və karbohidrat, zülal və lif balansını daxil edin.
Axşam yeməyini çox gec yeməyin
Nahar vaxtı təkcə yeməyin miqdarına görə deyil, həm də istehlak zamanına görə önəmlidir. Yatmazdan əvvəl axşam yeməyi yemək yuxu keyfiyyətinizə və həzminizə mənfi təsir göstərə bilər ki, bu da yağların yığılmasına səbəb ola bilər. Axşam yeməyi ilə yatmaq vaxtı arasında 2-3 saatlıq fasilə saxlamaq, həmçinin daha tez yatmaq tövsiyə olunur.
Spirtli içkilərdən çəkinin
Yatmazdan əvvəl spirt içmək yuxu keyfiyyətinizə və maddələr mübadiləsinə təsir edərək yağ yandırmağı çətinləşdirə bilər. Bundan əlavə, spirtli içkilər sizi gecə qəlyanaltı etmək istəyi yarada bilər ki, bu da arıqlamağa kömək etmir. Yatmazdan əvvəl qəlyanaltılardan çəkinməyə çalışın və spirt qəbulunu məhdudlaşdırın.
Sağlam qəlyanaltılara üstünlük verin
Yatmazdan əvvəl yemək yeməmək daha yaxşı olsa da, aclıq hiss edirsinizsə, sağlam qəlyanaltılar seçin. Çips əvəzinə, kalori əlavə etməmək üçün bir ovuc qoz-fındıq seçin.
Tatli.Biz
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Dostlarınla Paylaş

Saytda 129 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024