Sağalmaz xəstəliklə bağlı "ÜMİD İŞIĞI" YANDI

Sağalmaz xəstəliklə bağlı "ÜMİD İŞIĞI" YANDI


Hər gün yeni maraqlı məlumatlar əlavə olunur

Sağalmaz xəstəliklə bağlı "ÜMİD İŞIĞI" YANDI

Sağalmaz xəstəliklə bağlı "ÜMİD İŞIĞI" YANDI
Elm xadimlәri Parkinson xəstələrinə ümid bәxş edәn yeni araşdırmalara imza atırlar.
Tatli.Biz xarici KİV-ə istinadla xəbər verir ki, Lüksemburq Universitetinin tәrkibindәki Tibbi-Biologiya sistemləri Mərkəzinin alimlәri, Almaniyadakı Münster və Bielfeld universitetlərindən həmkarlarıyla birlikdə dəri kök hüceyrələrindən əldə edilən sinir hüceyrələrini siçanların beyninə uğurla nəql ediblәr.
Bu cür təcrübələr daha əvvəl edilib. Amma heç bir nəticə verməyib.
Elm xadimlәri ilk dəfə heceyrә nәqlindәn 6 ay sonra belə heç bir mәnfi təsirin müşahidә olunmadığını deyiblər. Hətta hüceyrələrin tamamilə beynə yerlәşdiyini və digər hüceyrələrlə uyğunlaşdığını vurğulayıblar. Bir siçan üçün 6 aylıq ömrün insanda 20 ilə bərabər gəldiyi qeyd ediblər. Bu tәcrübәnin xüsusilə, Parkinson xəstələri üçün böyük ümid bәxş etdiyini söyləyiblər.
Alimlər təcrübənin Parkinson xəstələri üzərində aparılması üçün araşdırmalar başladıblar. İsrar edirlər ki, belə xəstələri bu bəladan xilas etməyi bacaracaqlar. 
Tatli.Biz

Dostlarınla Paylaş

Saytda 284 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024