Səhər yataqdan başağrısı ilə qalxırsınızsa... - Xəbərdarlıq

Səhər yataqdan başağrısı ilə qalxırsınızsa... - Xəbərdarlıq


Hər gün yeni maraqlı məlumatlar əlavə olunur

Səhər yataqdan başağrısı ilə qalxırsınızsa... - Xəbərdarlıq

Səhər yataqdan başağrısı ilə qalxırsınızsa... - Xəbərdarlıq
Səhər yataqdan qalxmaqda çətinlik çəkirsinizsə və ya oyandığınız zaman baş ağrısı və ürəkbulanma ilə günə başlayırsınızsa, diqqətli olun. 
Sosial və iş həyatına mənfi təsir edən baş ağrıları və ürək bulanmasının səbəbi təhlükəli ola bilər. Bu simptomların əhəmiyyətsiz olduğunu düşünməyin. 
Səhər baş ağrılarını gözardı etmək olmaz, əmin olun ki, əksəriyyətinin arxasında sağlamlıq problemi dayanır. 
Tatli.Biz yenisabah.az-a istinadən bu problemin səbəblərini təqdim edir: 
Depressiya:
Gizli, gözdən qaçan, səssiz və dərin bir depressiya ilkin olaraq yalnız səhər baş ağrıları ilə özünü göstərir.
Burun tıxanıqlığı:
Bu xəstəlik qrupunda ən çox rast gəlinən xəstəlik obstruktiv yuxu apne sindromudur. Bu sindromun ən ümumi simptomu xoruldamaqdır. Xoruldama yuxu zamanı yüksək nəfəs ilə görünür. Yuxu apnesinin ən mühüm əlamətlərindən biri gözünüzü açan kimi beyninizə vuran baş ağrısıdır. Bu ağrıların yorğunluq və istəksizliklə müşayiət olunması çox xarakterikdir.
Hipertoniya:
Gecə boyu şəkər ehtiyacını yetərincə ödəyə bilməyən beynin sizə göndərdiyi ilk mesaj baş ağrısı ola bilər. Başqa sözlə, beyniniz sizə "Cəld hipoqlikemiya problemini indi həll et!" mesajı göndərir.
Yuxusuzluq:
Səbəbi nə olursa olsun, yuxusuzluq ciddi başağrısı yarada bilər. Gecə boyu dincəlməyən, əskiklərini tamamlayan, özünü yeniləyə bilməyən beyin problemlərini baş ağrısı ilə ifadə etməyə çalışır.
Qeyd edək ki, baş ağrısı və ürəkbulanma birlikdə baş verə biləcək ümumi simptomlardır. Bu vəziyyət miqren, gərginliklə əlaqələndirilə bilər.
Stress və ya digər sağlamlıq problemlərinə cavab olaraq baş ağrıları və ürəkbulanma da baş verə bilər. Baş ağrıları və ürəkbulanma tez-tez baş verərsə və ya şiddətlidirsə, mütləq vaxt itirmədən həkimə müraciət etmək lazımdır.
Tatli.Biz
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Dostlarınla Paylaş

Saytda 99 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023