Sistitin yaranma səbəbi nə ola bilər? - Bundan necə qorunmaq olar?

Sistitin yaranma səbəbi nə ola bilər? - Bundan necə qorunmaq olar?


Hər gün yeni maraqlı məlumatlar əlavə olunur

Sistitin yaranma səbəbi nə ola bilər? - Bundan necə qorunmaq olar?

Sistitin yaranma səbəbi nə ola bilər? - Bundan necə qorunmaq olar?
Sidiyə getmə zamanı yaranan problemlər insanda böyük psixoloji diskomfort yaradır. Belə hallar ağir sayılmır, amma yumşaq desək xoşagəlməzdir. Tez-tez və çətin sidiyə getmə, sidik kisəsinin tam boşalmaması hissi, sidiyi saxlaya bilməmək - bu həmişə yaşlılara aid bir hal deyil, həm qadınların həm də kişilərın həyatının müxtəlif dövrlərində yarana bilər. Bu problemdən heç kim sığortalanmayıb. Bu əlamətlər sistit zamanı yaranır.
Sistit hansı səbəblərdən yaranır?
Sistit əsasən sidik kanalından sidik kisəsinə düşən bakteriyalar tərəfindən törədilir. Məsələn - bağırsaq çöpü (Escherichia coli), normada bağırsaqda yaşayır. Amma digər bakteriyalar və qonşu orqanların bəzi xəstəlikləri də sistitin yaranmasına səbəb ola bilir. Xəstəliyin yaranmasına bədənin soyuması şərait yaradır: yaş çımərlik paltarları, ayaqların nəm qalması, kondinsionerdən istifadə zamanı bədənin soyuması və s.
Hətta yol tıxacları zamanı sidik kisəsinin uzun müddət boşalmaması, sintetik alt paltarlarından istifadə sistitə gətirib çixardır. Əgər sistit  müalicə olunmazsa digər xəstəliklərə səbəb ola bilər: sidik kisəsi - sidik axarı reflüsü, pielonefrit, interstisial sistit, sidikdə qan.
Sistit zamanı xəstə yataq rejimində olmalıdır. Duzlu və istiotlu qidalardan, alkoqoldan  çəkinməlidir. Xəstə ağrını yüngülləşdirmək üçün isti vanna və spazmolitik (və ya ağrıkəsici) tablet  qəbul edə bilər. Bu zaman müxtəlif bitkilərin (itburnu, qarğıdalı saçağı, quşüzümü və s) dəmləməsini qəbul etmək faydalıdır. Amma həkimə müraciət etməniz daha yaxşı olardı.
Sistitin profilaktikası
Bədənin soyumasındandan qorunun: soyuq səht üzərində (dəmir, sement və s.) oturmayın, fəsilə uyğun geyinin, çimərlikdə uzun müddət yaş çimərlik paltarında qalmayın. Turş, acı, duzlu qidalardan və alkoqoldan çəkinin. Həftədə bir dəfə  qidadan imtina edin (ac qalmaq vacıb deyil, bu zaman bir qidadan istifadə edin, məsələn: kələm, qatıq, alma günü). Gün ərzində 2 litrə qədər su için, çay və kofe qəbulunu azaldın. Şəxsi gigiyenaya diqqət edin.
Yadda saxlayın ki, sağlamlığınız sizin öz əlinizdədir.
Mənbə: www.мед вести ру, www.zdorovieinfo.ru  
Oxuduğunuz məqalənin əsas mövzusu olan xəstəliklərlə yanaşı müxtəlif xəstəliklərə qarşı effektiv və təsirli bir mübarizə üçün yüksək keyfiyyətli dərmanlar, təbii dərmanlar, kosmetik və gigiyena məhsulları, uşaq qidaları və tibbi ləvazimatlar üçün *7700 ilə əlaqə saxlayaraq axtardığınız dərmanları pulsuz çatdırılma ilə əldə edə bilərsiniz.
Sifariş üçün:
+99455 251 77 00 (WhatsApp) nömrəsinə yaza, və ya * 7700 ilə əlaqə saxlaya bilərsiniz.
Mobil tətbiq aptekonline.az.
Mobil tətbiqi buradan yükləyin:
aptekonline.az/qr

Dostlarınla Paylaş

Saytda 208 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024