Soğanla sarımsağı birgə yeməyin, dolmaya qatıq vurmayın - Tanınmış həkimdən qadağalar

Soğanla sarımsağı birgə yeməyin, dolmaya qatıq vurmayın - Tanınmış həkimdən qadağalar


Hər gün yeni maraqlı məlumatlar əlavə olunur

Soğanla sarımsağı birgə yeməyin, dolmaya qatıq vurmayın - Tanınmış həkimdən qadağalar

Soğanla sarımsağı birgə yeməyin, dolmaya qatıq vurmayın - Tanınmış həkimdən qadağalar
"Yemək süfrəsində zülal, karbohidrat və yağlar səhər, axşam, günorta yeməklərində mütləq olmalıdır. Şərt deyil ki, bir yemək zamanı hamısı olsun. Gün ərzində bunları bölüşdürüb yemək olar.
Əsas da yağlara diqqət yetirməliyik. Bizim qidalanmamız elədir ki, daim zülal və karbohidrat qəbul edirik.
Bu zaman karbohidratlar yağlara çevrilir.
Ən ciddi çatışmazlıq zülaldır. Çünki nə karbohidrat, nə yağ zülala çevrilmir, amma zülal hər bir şeyə çevrilir.
Gündəlik 500 qram karbohidrat, 100-150 qram zülal, 70 qram yağ olmalıdır"
Tatli.Biz xəbər verir ki, tanınmış həkim, naturopat Füzuli Hüseynov bəzi ərzaqların birlikdə qəbulu zamanı baş verən problemlərdən danışıb.
Hansı ərzaqları, qidaları birlikdə yemək olmaz?
Məsələn, qızardılmış toyuq, ət və balıq məclislərdə, toyda birlikdə yemək olmaz. Adətən bunlar süfrəyə çox zaman eyni düzülür.Amma bir dəfədə yalnız bir cür ət yeyilməlidir.
Balıq yeməyi yanında heç bir əlavə qarnir, pure, kartof lazım deyil, balığı tək yeyin.
Soğanla yesəniz kifayətdir. Balıqdan öncə salat yemək məsləhət deyil.
Balıqdan sonra şirniyyat yemək bədənə pis təsir etmir.
Süfrədə həm qatıq, həm sirkə, həm ədviyyatlar var. Bunları qarışdırmaq olmaz. Alma sirkəsi qatılan yeməyi qatıqla yemək olmaz.
Qatığı çox yemək olmaz. Elə adam var az qala bütün yeməklərə qatıq əlavə edir. Bizdə adətdir, dolmanı qatıqla yeyirlər,amma mən dolmada qatıq istifadə etmirəm. Dolmadan sonra bir az yemək olar.
Soğanla sarımsağən da birlikdə yeyilməsi məsləhət deyil, həzmi pozur. Salatlara ikisi birlikdə vurulmamalıdır. Köp verir.
Müxtəlif tərəvəz və meyvələri birlikdə yedikdə ishal verir, qarın pozulur. Ümumiyyətlə, bir dəfəyə ancaq bir meyvə yeyin, qarışdırmayın . Məsələn, ərik, şaftalı, yemiş qarışdırılmamalıdır". /medicina.az
Tatli.Biz

Dostlarınla Paylaş

Saytda 51 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023