Şok nədir?
Tatli.Biz

Şok nədir?


Hər gün yeni maraqlı məlumatlar əlavə olunur

Şok nədir?

Şok nədir?
Şok orqanizmin neyrohumoral tənzim mexanizmlərində fövqəladə qıcıqlandırıcıların təsiri ilə əmələ gələn və mərhələlərlə inkişaf edən reflektor patoloji reaksiyalar kompleksidir. Şok toxumaların aşağıdakı simptomlarla xarakterizə olunur:
- toxumaların qanla təhcizatının azalması
- hipoksiya
- həyati funksiyaların kəskin surətdə zəifləməsi.
Şoka eksterimal vəziyyətə düşmüş orqanizmdə həyatın mühafizə edilməsinə yönəlmiş passiv qoruyucu reaksiyalar kompleksi kimi baxmaq olar. Bütün tipik patoloji prosesslər kimi, şok da bioloji növün mühafizəsinə yönəlmiş adaptiv xarakterli reaksiyalar kompleksidir. Şokun əmələ gəlməsinə aşağıdakılar səbəb ola bilir:
- ağrılar
- ağır travmalar
- humoral amillər.
Yarandığı vaxta görə şokun erkən və gecikmiş formaları var. Şok zamanı mərkəzi sinir sistemində oyanma, ləngimə və ya üzülmə baş verə bilir. Ümumi və yerli qan dövranında, tənəffüs sisteminin və endokrin vəzilərin fəaliyyətində, həmçinin maddələr mübadiləsində pozğunluqlar müşahidə edilir.
Şokun ən çox təsadüf edilən səbəblərindən biri mexaniki travmalardır. Çox vaxt travmaların nəticəsi məhz orqanizmin şok vəziyyətinə düşüb-düşməməsindən asılı olur.
Şok zamanı mərkəzi sinir sisteminin fəaliyyəti zəifləyir. Patologiya beyin qabığında ləngimə prosesini daha da dərinlşdirir, beyin kötüyünü və onurğa beyni əhatə edir.Beynin fəallığının azalması nəticəsində arterial təzyiq aşağı düşür, nəbz sürətli olsa da dolğun vurmur, tənəffüs seyrəkləşir.
Şok orqanizmdə qəfildən baş verir və həyati əhəmiyyətli orqanlarda patoloji dəyişikliklərin əmələ gəlməsinə səbəb olur.

Dostlarınla Paylaş

Şok nədir? - Maraqlı məlumatı oxu


Şok nədir?, maraqlı, məlumatlar, info, sağlamlıq, mətbəx, qadın dünyası, şirniyyatlar, oxu, reseptlər, xeberler, sağlam ol, xanımlar, sağlam qida, ailə, uşaq, gözəllik, moda, azerbaycan, android, axtar, yeni, Şok nədir?, yukle

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri

Islam Aləmi, Qurani Kerim, Online Xəritə, Rəsədxana, Oxu zalı, Hazır Smslər, Ilimiz 2021, Gundəlik, Futbol Nəticələri, Idman Xəbərləri, Gundəlik Burclər, Valyuta Məzənnəsi, Qarışıq Bolmələr, Online Tərcumə, Adların Mənası

Saytda 121 nəfər
Tatli.Biz
xml | xml2 | html | ror | wiki
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2021