Sümük-skelet sistemi xəstəlikləri

Sümük-skelet sistemi xəstəlikləri


Hər gün yeni maraqlı məlumatlar əlavə olunur

Sümük-skelet sistemi xəstəlikləri

Sümük-skelet sistemi xəstəlikləri
Sümük-sklet sistemi xəstəlikləri arasında bel ağrılarından sonra boyun ağrıları insanlar arasında ən çox rat gəlinən xəstəliklərdən hesab edilir. Boyun ağrıları bədəndə baş verən ağrıların 5-10%-ni təşkil edir.
Çoxları boyun ağrılarının əsəs səbəbini boyunda olan yırtıqların səbəb olduğunu düşünür. Əslində belə deyil. Boyun nahiyyəsində baş verən ağrıların yalnız 20%-i boyun yırtığının payına düşür. Mütəxəssisilər boyun nahiyyədə baş verən ağrıların səbəbini əzələlərdə vaş verən gərilmələrin səbəb olduğunu söyləyir. Sadəcə olaraq ağrının şiddəti diaqnozların qarışmasına səbəb olur. Bəzi hallarda boyun nahiyyəsində ağrılar 50 yaşdan sonra əmələ gəlməyə başlayır. Buna səbəb isə boyun fəqərələrində baş verən kirəcləşmədir.
Boyun fəqərələrinin yırtığı zamanı ağrılar boyunun uyğunsuz duruşda uzun müddətdə saxladıqda, boyunu qəfil çevirdikdə baş verir. Uzun müddət ofisdə başını aşağı salıb işləyən insanlar, uzun müddət telefonla danışdıqda boynunu əyri saxlayanlar, ağır idman edən insanlarda boyun yırtığı ağrılarına daha tez-tez rast gəlinir.
Boyun ağrılarına əyri duruşa vərdiş etmiş adamlarda, narahat yastıqda yatanlarda da rast gəlmək olur. Belə adamlar ağrının səbəblərini bildikdə müxtəlif idman hərəkətləri və ya duruş vəziyyətlərini dəyişdikdə arğılar aradan qalxır. Bəzən ağır yükə gücənən zamanlarda da boyun nahiyyəsində ağrılar baş verə bilir.
Boyun nahiyyəsində tez-tez ağrılar olan şəxslərə bir-neçə tövsiyyə:
* Divanda, kresloda oturub televizora baxarkən uzun müddət başınızı eyni istiqamətdə saxlamayın.
* Kompyuterdə uzun müddət işləyərkən vaxtaşırı başınızı qaldırıb, boynunuzu sağa-sola hərəkət etdirin.
* Boyun əzələlərinizin gərilməsini istəmirsinizsə, mütəmati idmanla məşğul olun.
* Gecələr başınızı qoyduğunuz yastığın sizin boynunuz üçün uyğun olub-olmadığına əmin olun. Mümkünsə ortopedik yastıqdan istifadə edin.
* Vaxtaşırı həkimin məsləhəti ilə fizioterapevtik müalicə üsullarından istifadə edin.

Dostlarınla Paylaş

Saytda 138 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024