Süni mayalanma: Qadın bunu ərindən gizlədə bilərmi?

Süni mayalanma: Qadın bunu ərindən gizlədə bilərmi?


Hər gün yeni maraqlı məlumatlar əlavə olunur

Süni mayalanma: Qadın bunu ərindən gizlədə bilərmi?

Süni mayalanma: Qadın bunu ərindən gizlədə bilərmi?
Bir müddət əvvəl hüquqşünas Əkrəm Həsənovun sosial şəbəkə hesabında qalmaqallı bir məhkəmə işi barədə paylaşım etmiş və mövzu ciddi müzakirələr doğurmuşdu.
Onun sözlərinə görə, xanımı ilə süni mayalanmaya gedən kişi 7 il sonra bilib ki, əslində, övladlarının bioloji atası deyil. İddiaya görə, həkim qadına öz ərinin yox, başqa kişinin donorluğunu təklif edib, o da razılaşıb, amma bunu ərdən gizlədiblər.
Belə hal istisnadırmı? Yoxsa yerli xəstəxanalarda tez-tez baş verir? Süni mayalanma zamanı proses kişinin razılığı olmadan həyata keçirilə bilərmi?
Tatli.Biz xəbər verir ki, "Yeni Sabah"a danışan tibb üzrə fəlsəfə doktoru, uroloq-androloq Vasif İsmayıl bildirib ki, Azərbaycanda bu məsələnin tənzimlənməsi üçün xüsusi qərar var: laboratoriyalara süni mayalanma üçün müraciət edildikdə mütləq kişidən prosesdən məlumatlı olması barədə imza alınır:
"Azərbaycan qanunvericiliyinə görə, qadın süni mayalanmaya gedir və bunun üçün kişidən hər hansı yazılı icazənin alınması tələb olunmur. Azərbaycan qanunvericiliyinə görə, kişinin icazəsinə ehtiyac yoxdur. Ancaq Nazirlər Kabineti bu ehtimalı nəzərə alaraq illər əvvəl bir qərar çıxardı. Bu qərara görə, süni mayalanmaya müraciət edildikdə, sənədlər imzalanarkən proses kişiyə də izah edilməli və ərin də imzası alınmalıdır.
Ona görə də praktik olaraq belə bir şey mümkün olsa da, hüquqi baxımdan çətin nəticələrə gətirib çıxarır. Azərbaycandakı laboratoriyalarda məsələyə bizim qanunlara görə yanaşılır və faktiki olaraq kişinin icazəsi də alınır".
Tatli.Biz
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Dostlarınla Paylaş

Saytda 195 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024