Şüşəyəbənzər cismin xəstəlikləri


Maraqlı Məlumatlar
Hər gün yeni maraqlı məlumatlar əlavə olunur

Şüşəyəbənzər cismin xəstəlikləri

Şüşəyəbənzər cismin xəstəlikləri
Göz önündə uçan ləkələr. Bəzən yaşlı şəxslər göz önündə müxtəlif formalarda ( nöqtə və ya xətt şəklində) uçan ləkələr görür ki, bunlar da gözün vəziyyətindən asılı olaraq daima hərəkətdə olur. Bunun əsas səbəbi şüşəvari cismin tərkibindəki formalı elementlərin əksinin tor qişaya düşməsidir. Refraksiyası miopiyalı şəxslərdə onlar daha da aydın görünür. Müayinə zamanı şüşəvari cisimdə heç bir patologita görünmür. O, tam şəffaf vəziyyətdə olur.
Süşəvari cismin bulanması, müayinə zamanı bəbək kənarında çəhrayı fonda daima hərəkətdə olan qara ləkələr görünür. Bu ləkələr müxtəlif formalarda və ölçülərdə (pambıq hissəcikləri, müxtəlif xətlər və s. şəklində) ola bilər. Şüşəvarı cisimdə bu ləkələri törədən səbəblər müxtəlifdir. Çox vaxt iridosiklitlərdə, travmalar zamanı qansızmalar, qrip, hemofiliya və s. xəstəliklər zamanı şüşəvari cismin bulanmasına səbəb ola bilər. Bundan başqa bir çox infeksion xəstəliklərdən sonra da ( yatalaq, malyariya və s.) təsadüf olunur. Bu zaman xəstə göz önünüdə milçək uçmasından şikayatlənir, bu ləkələr çox olarsa görmə itiliyi də zəifləyir.
Müalicəsi:
Ləkələrin sorulması üçün sorucu dərmanlardan, yod preparatlarından, fizioterapiyadan istifadə olunur. Bundan əlavə qanköçürmə və toxuma müalicəsi də tətbiq etmək olar.

Dostlarınla Paylaş
Whatsapp Facebook Telegram Twitter Viber
Logo

Şüşəyəbənzər cismin xəstəlikləri - Maraqlı məlumatı oxu


Şüşəyəbənzər cismin xəstəlikləri, maraqlı, məlumatlar, info, sağlamlıq, mətbəx, qadın dünyası, şirniyyatlar, oxu, reseptlər, xeberler, sağlam ol, xanımlar, sağlam qida, ailə, uşaq, gözəllik, moda, Şüşəyəbənzər cismin xəstəlikləri

Saytda 70 nəfər
xml | xml2 | html | ror | wiki
MobTop.az
admin@tatli.biz
©Tatli.Biz Company 2010-2021