Təzyiq niyə düşür? - Səbəblər və təhlükəli məqamları

Təzyiq niyə düşür? - Səbəblər və təhlükəli məqamları


Hər gün yeni maraqlı məlumatlar əlavə olunur

Təzyiq niyə düşür? - Səbəblər və təhlükəli məqamları

Təzyiq niyə düşür? - Səbəblər və təhlükəli məqamları
Adətən insanlar yüksək təzyiqdən daha çox əziyyət çəkir, bu haqda məsləhətlər istəyir, təzyiqin yüksəlməsindən insult və infartk olacağından qorxur. Lakin bir qrup xəstələr də vardır ki, aşağı təzyiqdən şikayətçidir. Amma onları ciddiyə alan olmur. Çünki nədənsə insanlara elə gəlir ki, aşağı təzyiq elə də qorxulu deyil.
Xüsusən yay aylarında hipotoniyası - zəif, aşağı təzyiqi olan insanların səhhətində problemlər çoxalır.
Tatli.Biz medicina.az-a istinadən xəbər verir ki, hipotoniyanın səbəbləri, növləri, müalicəsi haqqında araşdırmanı təqdim edir.
Hər insanın özünün fərdi təzyiq göstəriciləri olur. Normadan cüzi artıb-azalma, həmin insanın özünü hiss etməsinə bağlıdır. Normada təzyiq 120/80 olmalıdır. Amma bəzi insanlar üçün 115/80 və ya 125/90 normal hesab oluna bilər.
Təzyiqin sizdə necə dəyişməsini bilmək üçün tonometrlə hər gün 3 dəfə təzyiq hər iki qolda ölçülməlidir.: səhər yuxudan oyanan kimi, gün ərzində və axşam. Bu ölçmələr zamanı əldə olunan rəqəmlərdən özünüz üçün orta rəqəm götürün.
Əgər hər gün görsəniz ki, təzyiq normadan 20-30 rəqəm azdırsa, deməli, sizdə hipotoniya var.
Aşağı təzyiqə səbəb baş beynin qanla təchizatının pozulması, damarların qanı beyinə yaxşı qovmaması və zəif qan dövranıdır.
Aşağı təzyiqin səbəbləri:
-Yorğunluq
-Davamlı stress
-Yuxusuzluq
-Qalxanvari vəzi və hormonal pozulmalar
-B, C, E, maqniy və dəmirin azalması
-Qanazlığı
-Dayaq-hərəkət aparatı xəstəlikləri, onurğa
-Qan dövranı pozulması
-Damarların tonusunun pisləşməsi
-İrsi, genetik
Əlamətləri:
Təzyiq düşdükdə orqanizm bu simptomları verir:
-Baş ağrısı - alın, gicgah hissələrdə kəskin, deşici, küt ağrılar, sancılar
-Əl-ayaqların sanki donması, keyiməsi, iynə batması
-Ümumi zəiflik və halsızlıq
-Soyuq əl-ayaqlar
-Dərinin avazıması, rəngin qaçması
-Başgicəllənmə
-Zəif ürəkbulanma
Təzyiq problemini kardioloq, nevroloq və endokrinoloqla birgə araşdırıb, müalicə etməlisiz. 
Tatli.Biz

Dostlarınla Paylaş

Saytda 124 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023