Tatli.Biz

Türkiyəli nazir könülü olaraq türk peyvəndi etdirib


Hər gün yeni maraqlı məlumatlar əlavə olunur

Türkiyəli nazir könülü olaraq türk peyvəndi etdirib

Türkiyəli nazir könülü olaraq türk peyvəndi etdirib
Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank bu gün könüllü olaraq yeni növ koronavirusa (COVID-19) qarşı Türkiyə istehsalı olan vaksinlə peyvənd olunub.
Tatli.Biz APA-ya istinadən xəbər verir ki, prosedur Türkiyə istehsalı olan virusa bənzər hissəciklərə (VLP) əsaslanan peyvəndin insan klinik sınaqlarının Faz-1 mərhələsinin araşdırıldığı Ankara Onkoloji Xəstəxanasında baş tutub.
Nazirlə bərabər Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) sədri Hasan Mandal da bu prosesdə könüllü iştirak edib.
M.Varank bildirib ki, bu prosedura 27 martdan 36 könüllü ilə başlanılıb.
Hazırda "VLP" peyvəndinin Dünya Səhiyyə Təşkilatının (DST) siyahısına düşməyə namizəd olan 4 peyvənddən biri olduğunu deyən nazir bildirib ki, türk peyvəndinin digərlərindən fərqi ondadır ki, bu peyvənd virusun 4 proteinini nəzərə alaraq hazırlanıb: "VLP" peyvəndi çox innovativ bir vaksin olduğu üçün COVID-19-un mutasiyaya uğrayan versiya üçün də yeni növünü hazırlamaq mümkündür. Hazırda alimlərimiz "VLP" peyvəndini Faz-2 mərhələsində Britaniya ştammına qarşı hazırlamaq üçün laboratoriya fəaliyyətlərini davam etdirir".
Bu peyvəndin təkcə Türkiyə vətəndaşlarının deyil, bütövlükdə insanlığa faydalı olacağına ümid etdiyini vurğulayan nazir hazırda 50 milyon türk peyvəndinin istehsalı üçün texniki avadanlıqların mövcudluğunu vurğulayıb: "Vətəndaşlarımıza səslənirəm ki, "VLP" peyvəndindən istifadə üçün könüllü olmağa çəkinməsinlər. İlin sonuna qədər könüllü sayı artarsa, öz peyvəndimizin geniş tətbiqinə başlanılacaq".
Qeyd edək ki, M.Varank və H.Mandal da daxil omaqla türk vaksini ilə peyvənd olunan könüllülər 21 gün sonra vaksinasiyanın ikinci mərhələsini qəbul edəcək.

Dostlarınla Paylaş

Türkiyəli nazir könülü olaraq türk peyvəndi etdirib - Maraqlı məlumatı oxu


Türkiyəli nazir könülü olaraq türk peyvəndi etdirib, maraqlı, məlumatlar, info, sağlamlıq, mətbəx, qadın dünyası, şirniyyatlar, oxu, reseptlər, xeberler, sağlam ol, xanımlar, sağlam qida, ailə, uşaq, gözəllik, moda, azerbaycan, android, axtar, yeni, Türkiyəli nazir könülü olaraq türk peyvəndi etdirib, yukle

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri

Hamilelik ve analıq, Hamiləliyə hazırlıq, Hamiləlik təqvimi, Doğum hekayələri, Doğumdan sonra, Korpə və ona qulluq, Uşaqlar və tərbiyə, Valideynlərə məsləhət, Ana və uşağın ev məktəbi, Metbex, Salatlar və qəlyanaltılar, Duru yeməklər, Quru yeməklər, Duzlu xəmir işləri, Şirin xəmir işləri, Tortlar, Pecenyelər, Kompot, kokteyl, dondurma, Konservləşdirilmiş məhsullar, Uşaq yeməkləri, Şef master, Muxtəlif, Heyat terzi, Səyahət, Hobbi, Evim - İnteryer, Edəbi guşə, Adət-ənənələr, Praktiki məsləhətlər, Mutləq bilməlisiniz, Avtomobil, Yuxuyozmalar, Ordan-burdan, Muxtəlif

Saytda 91 nəfər
Tatli.Biz
MobTop.az
©Tatli.Biz 2010-2021