Tütün qəbulu ağciyər xərçənginin əsas risk faktorudur

Tütün qəbulu ağciyər xərçənginin əsas risk faktorudur


Hər gün yeni maraqlı məlumatlar əlavə olunur

Tütün qəbulu ağciyər xərçənginin əsas risk faktorudur

Tütün qəbulu ağciyər xərçənginin əsas risk faktorudur
Siqaret çəkmək insan orqanizmində bir sıra xəstəliklərə səbəb olur. Bununla yanaşı iştahsızlıq yaradaraq həzm prosesini çətinləşdirir, sümük boşluğu və digər problemlərə zəmin yaradır. Aparılan araşdırmalar göstərir ki, siqaretin tüstüsü insan orqanizmində 50 min beyin hüceyrəsini məhv edir. Lakin təəssüf ki, bir çoxları tütün məmulatlarından istifadəni həyatının ayrılmaz tərkib hissəsinə çevirib. Bunun səbəblərindən biri tütün məmulatlarının tərkibindəki nikotinin insanda asılılıq yaratmasıdır.
Tatli.Biz bildirir ki, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi Elmi-Təcrübi Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə AZƏRTAC-a deyib: "Tütün qəbulu, nikotin səbəbindən insanın ürək-qan-damar, həzm sisteminə, mədəyə və ağciyərə birbaşa zəhərli təsir göstərir. Elm sübut edib ki, tütün istifadə edənlərdə kardioloji xəstəliklər, infarkt riski tütündən istifadə etməyənlərlə müqayisədə daha yüksək dərəcədədir. Uzun müddət siqaret çəkənlərdə tənəffüs yollarına ciddi zərər dəyir, nəticədə bir çox tənəffüs problemlərinə zəmin yaranmış olur. Ən vacibi isə tütün qəbulunun ağciyər xərçənginin əsas risk faktoru olduğu sübut olunub".
Tütün asılılığından xilas olmağın yolları barədə məlumat verən mütəxəssis deyib: "İlk növbədə hər şey iradədən asılıdır. Daha yaxşı olar ki, tütündən birdəfəlik imtina edilsin. Əgər ciddi asılılıq və yanaşı gedən xəstəliklər varsa gündəlik tütün qəbulunu azaldaraq tədricən imtina etmək tövsiyə olunur. Təbii ki, belə şəxslərdə imtina prosesinin həkim nəzarəti altında həyata keçirilməsi həm də mövcud xəstəliyin müalicəsi baxımından da yardımçı ola bilər. Amma unutmaq olmaz ki, birdəfəlik imtinada uğur göstəricisi daha yüksəkdir. Bu baxımdan tütündən istifadə edən şəxslər məqsədyönlü şəkildə imtina etmək üçün cəhd göstərməli, sağlam həyat tərzi sürməli, fiziki aktiv olmalı və sağlam qidalanmalıdırlar. Bunlar prosesə dəstək verəm məqamlardır."
Siqaretin törətdiyi fəsadların qarşısını almaq və gəncləri bu zərərli vərdişdən çəkindirmək üçün ölkəmizdə 18 yaşından aşağı olanlara tütün məmulatları satışı qadağan edilib. Tütün məmulatlarının reklamına da icazə verilmir.
Siqareti tərgidəndən sonra orqanizmdə baş verən dəyişikliklərdən danışan mütəxəssis bildirib: "İlk dəyişikliklər 20 dəqiqə sonra özünü büruzə verməyə başlayır, qan təzyiqi, ürək döyüntüləri stabilləşir, qan dövranı sürətlənməyə başlayır. İlk 8 saatda qanda oksigenin səviyyəsi normallaşır, infarkt riski azalır. 48 saat sonra qanda nikotinin səviyyəsi azalır. Üç gün sonra isə tənəffüs yolları və qida borusunun funksiyası yaxşılaşır. 12 həftə ərzində nikotin bədəndən tam şəkildə çəkilir, ağciyərlərin funksiyası bərpa edilir, əl və ayaqdakı keyimələr aradan qalxır".
Tatli.Biz

Dostlarınla Paylaş

Saytda 114 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024