Unutqanlığa nə səbəb olur?

Unutqanlığa nə səbəb olur?


Hər gün yeni maraqlı məlumatlar əlavə olunur

Unutqanlığa nə səbəb olur?

Unutqanlığa nə səbəb olur?
Yaddaş keçmiş təcrübələri, məlumatları və həyat boyunca öyrənilən məlumatları yadda saxlamaq və xatırlamaq qabiliyyətini ehtiva edən bir məfhumdur. O həm də məlumatı, təcrübəni, keçmişlə bağlı bütünlüklə hər bir hadisəni yadda saxlayaraq insan üçün vacib əhəmiyyət daşıyır.
Tatli.Biz publika.az-a istinadən tanınmış psixoloq Tuba Ərdoğanın bu mövzu ilə bağlı araşdırmasını təqdim edir.
Psixoloq bildirib ki, yaddaşda yazılan və saxlanılan məlumatı, təcrübələri xatırlamaq qabiliyyətinin pozulması, onları xatırlamaqda yaşanan çətinliklər unutqanlıq olaraq təyin edilir. Unutqanlıq müəyyən anlarda insanlara çətinliklər yaradır. Bu zaman müntəzəm ünsiyyət qurduğumuz insanların adlarını, xüsusi günləri, ünvanları, telefon nömrələrini unuda bilərik. Bu hallar yaddaş pozuntusu hesab olunur. Qapıda açarı unutmaq, əşyaların yerini xatırlamaqda çətinlik çəkmək insanlarda unutqanlığın göstəricilərindəndir. Bəzi dövrlərdə insanlar gündəlik həyatlarında stress və narahatlıq, kədər və ya ani emosional dəyişikliklərə səbəb olan hadisələr (evlilik-boşanma, köçmə, iş dəyişməsi, doğum, ölüm), sıx iş tempi, yorğunluq, diqqət problemləri yaşayır. Bütün bunların müxtəlif səbəbləri mövcuddur. Gündəlik həyatda texnoloji cihazlara uzun müddət məruz qalma insanlarda unutqanlıq problemlərinə ən böyük səbəbdir. Bundan başqa, depressiya, bəzi xəstəliklər və kəllə-beyin travmaları, vitamin çatışmazlığı, maddə asılılığı, nizamsız qidalanma və yuxusuzluq insanlarda unutqanlığa səbəb olan amillərdəndir. Unutqanlıq insanların gündəlik həyatına mənfi təsir göstərən problemdir, bu proses hər yaşda olan insanlarda müşahidə oluna bilər. Unutqanlığın əlamətləri və səbəbləri insandan insana dəyişir. Əgər unutqanlıq insanın gündəlik işləri yerinə yetirmə qabiliyyətinə təsir edirsə, iş və ailə həyatında müxtəlif çətinliklərə səbəb olan səviyyədədirsə, psixoloq və ya nevropatoloq tərəfindən qiymətləndirilməyə, müayinə edilməyə ehtiyac vardır. Unutqanlığın erkən diaqnozu və müalicəsi gələcəkdə psixoloji və nevroloji xəstəliklərin qarşısının alınmasında çox vacibdir. Bu, insanlarda həm psixoloji, həm nevroloji, həm də fiziki səbəblərdən yarana bilər. Bu səbəblərin mütəxəssis tərəfindən müəyyən edilməsi və lazım olduqda dərman, vitamin və müalicə əlavələrinin qəbulu əhəmiyyətli olar.
"Unutqanlıq şikayətlərinin mütəxəssis tərəfindən qiymətləndirilməsi nəticəsində təyin edilən prosedurlarla yanaşı, həmçinin həyat tərzində ediləcək dəyişikliklər də bu prosesin azalmasına kömək edə bilər. Bir çox xəstəliklərin qarşısının alınması və müalicəsində vacib olduğu kimi, unutqanlığın müalicəsində də sağlam qidalanma, nizamlı yuxu, fiziki aktivlik və stresin aşağı səviyyədə olması çox əhəmiyyətlidir. Kitab oxumaq, musiqi alətində ifa etmək, yeni biliklər qazanmaq, yeni yerlərə getmək, sosial əlaqələri saxlamaq kimi beyin fəaliyyətini aktivləşdirən və gücləndirən fəaliyyətlərlə məşğul olmaq da yaddaşı gücləndirməyə yardımçı olur. Bu gün texnoloji cihazların artan istifadəsinin unutqanlıq problemlərinə səbəb ola biləcəyini nəzərə alsaq, onların istifadəsini məhdudlaşdırmaq və əyləncəli, düşündürücü, rahatlaşdırıcı fəaliyyətlərə vaxt ayırmaq da insana müsbət təsir göstərə bilər. İnsanların "ağlımda heç nə saxlaya bilmirəm" ifadəsi tez-tez təkrarlanır. Burada hər hansı bir məlumatı öyrənərkən diqqəti yayındıran elementləri mümkün qədər aradan qaldırmaq, öyrənilən məlumatla keçmişdə öyrənilmiş məlumat arasında əlaqə yaratmaq, öyrənmə zamanı "xatırlatma" qeydləri etmək və öyrənilən məlumatı möhkəmləndirmək üçün təkrarlar etmək onun yadda saxlanmasına kömək edən üsullardır. Bundan əlavə, yaddaşın təkmilləşdirilməsi və gücləndirilməsi üsullarından istifadə onun effektiv fəaliyyətinə kömək edə bilər", - deyə psixoloq əlavə edib.
Tatli.Biz
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Dostlarınla Paylaş

Saytda 192 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024