Ürək böyüsə, nə baş verər? - TƏHLÜKƏLİ SİMPTOM
Tatli.Biz

Ürək böyüsə, nə baş verər? - TƏHLÜKƏLİ SİMPTOM


Hər gün yeni maraqlı məlumatlar əlavə olunur

Ürək böyüsə, nə baş verər? - TƏHLÜKƏLİ SİMPTOM

Ürək böyüsə, nə baş verər? - TƏHLÜKƏLİ SİMPTOM
Ürək orqanizmdə "nasos" funksiyasını yerinə yetirir - qanın orqanizm boyu dövr etməsini təmin edir. Ürəyin çəkisi orta hesabla 300 qr təşkil edir (qadınlarda bir qədər az, kişilərdə bir qədər çox). Belə hesab olunur ki, insanın ürəyinin ölçüsü onun yumruğu boydadır.
Tatli.Biz xəbər veri ki, bəzən müxtəlif səbəblərə görə ürək böyüyə bilər. Bu hal kardiomeqaliya, ürəyin hipertrofiyası adlandırılır. Bu, çox ciddi pozulmadır. Böyümüş ürək öz nasos funksiyasını normal yerinə yetirə bilmir, orqanizmi qanla yaxşı təchiz etmir. Bunun nəticəsində ürək vaxt keçdikcə daha da genişlənir, böyüyür və bu da ürək çatışmazlığının, infarktın, ürəyin ani dayanmasının inkişafına səbəb ola bilər.
Ürəyin böyüməsinin səbəbləri arasında:
- İntensiv fiziki gərginliklər (peşəkar idmançılarda, daim idmanla məşğul olan insanlarda) zamanı ürək da intensiv şəkildə işləyir - ürək döyünməsi, qanın ürəyə axını artır. Bu isə ürəyin böyüməsinə səbəb olur. Buna "idmançı ürəyi" deyilir. Bu halda ürəyin böyüməsi fizioloji səbəblərlə bağlıdır. Lakin hətta bu halda həddən artıq fiziki yükləmələr, müxtəlif xəstəliklər, güclü streslər gələcəkdə ürək xəstəliklərinə gətirib çıxarda bilər.
- Ürəyin böyüməsinin digər səbəbləri - xəstəliklərdir.
Bir çox hallarda ürəyin böyüməsininin səbəbi hipertoniya xəstəliyi olur. Damarlarda təzyiq qalxdıqda ürək güclü yükləməyə məruz qalır, ürəyin əzələləri gərginləşir, böyüyür və nəticədə ürək də böyüyür.
Ürəyin işemik xəstəliyi zamanı ürəyə olan qan axını azalır, ürək əzələsinın qidalanması pozulur. Nəticədə ürək əzələsinin hüceyrələri birləşmə toxuması ilə əvəz olunur. Birləşmə toxuması elastik deyil, yığılmır və nəticədə ürək genişlənir, böyüyür.
Ürək əzələsinin iltihabları (onlara "kardit"lər deyilir - endokardit, perikardit ) da ürəyin böyüməsinə səbəb ola bilər. Belə iltihablar keçirilmiş tonzillit (angina), skarlatin və ya qripdən sonra inkişaf edə bilər. Onların arasında ən yayılmış revmokarditdir. Xəstəlik vaxtında müalicə olunmadıqda müxtəlif ağır pozulmalara - o cümlədən, ürəyin böyüməsinə səbəb ola bilər.
Anadangəlmə ürək qüsurları da ürəyin böyüməsinə səbəb ola bilər.
- Spirtli içkilərin qəbulu da ürəyin böyüməsinə səbəb ola bilər. Alkoqol ürək əzələsinə çox mənfi təsir edir, intoksikasiyaya (zəhərlənmə) səbəb olur.
- Piylənmə ürəyin böyüməsinin əsas səbəblərindən biridir.
- Ağ ciyər xəstəlikləri həmçinin ürəyin böyüməsinə səbəb ola bilər.
Ürəyin böyüməsinin əsas profilaktikası bu pozulmaya səbəb olan xəstəliyin müalicəsidir. 

Dostlarınla Paylaş

Ürək böyüsə, nə baş verər? - TƏHLÜKƏLİ SİMPTOM - Maraqlı məlumatı oxu


Ürək böyüsə, nə baş verər? - TƏHLÜKƏLİ SİMPTOM, maraqlı, məlumatlar, info, sağlamlıq, mətbəx, qadın dünyası, şirniyyatlar, oxu, reseptlər, xeberler, sağlam ol, xanımlar, sağlam qida, ailə, uşaq, gözəllik, moda, azerbaycan, android, axtar, yeni, Ürək böyüsə, nə baş verər? - TƏHLÜKƏLİ SİMPTOM, yukle

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri

Hamilelik ve analıq, Hamiləliyə hazırlıq, Hamiləlik təqvimi, Doğum hekayələri, Doğumdan sonra, Korpə və ona qulluq, Uşaqlar və tərbiyə, Valideynlərə məsləhət, Ana və uşağın ev məktəbi, Metbex, Salatlar və qəlyanaltılar, Duru yeməklər, Quru yeməklər, Duzlu xəmir işləri, Şirin xəmir işləri, Tortlar, Pecenyelər, Kompot, kokteyl, dondurma, Konservləşdirilmiş məhsullar, Uşaq yeməkləri, Şef master, Muxtəlif, Heyat terzi, Səyahət, Hobbi, Evim - İnteryer, Edəbi guşə, Adət-ənənələr, Praktiki məsləhətlər, Mutləq bilməlisiniz, Avtomobil, Yuxuyozmalar, Ordan-burdan, Muxtəlif

Saytda 113 nəfər
Tatli.Biz
xml | xml2 | html | ror | wiki
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2021